Arxiv
7 Avqust 2018, 08:35 | ÖLKƏ
Paşinyan Qarabağ klanından qisas alır - Növbədə kimdir?

Mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan real iqtidar olduğu 3 ayda uzun illər ölkədə ağalıq edən Qarabağ klanına ardıcıl sarsıdıcı zərbələr endirməkdədir.

 

İyunun 19-da general Manvel Qriqoryanın həbsi ilə başlayan kampaniya hazırda ikinci prezident Robert Koçaryanın saxlanılması ilə davam edib.

 

Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu da həbs etmək istəyirdi, lakin Kremlin təkidli bəyanatlarından sonra geri çəkilməli oldu.  

Şübhəsiz ki, sonuncu həbslər çox böyük qalmaqala səbəb oldu. Belə ki, istər Koçaryanın, istərsə də Xaçaturovun Kremllə sıx əlaqələri var. Xaçaturovun Rusiyanın NATO-ya qarşı yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədr səlahiyyətlərini icra etməsi hadisəyə dövlətlərarası qalmaqal statusu verdi.

 

Hər iki vəzifəli şəxs, həmçinin hazırda beynəlxalq axtarışa verilən keçmiş müdafiə naziri Mikael Arutunyan 2008-ci ilin martında prezident seçkilərindən dərhal sonra müxalifətin seçkilərin nəticələrinə qarşı təşkil etdiyi etiraz aksiyasına güc tətbiq etməkdə ittiham olunur.

Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan Robert Koçaryanın 2008-ci il fevralın 28-də fövqəladə hal elan etdiyi zaman 0038 saylı məxfi əmrə qol çəkdiyini bildirib. Tam mətni ictimaiyyətə açıqlanmayan həmin göstərişdə yüksək psixoloji durumu ilə seçilən zabitlərə tabel tapançalarının paylanması və eks-prezident Levon Ter-Petrosyanın tərəfdarlarına qarşı güc tətbiq edilməsi barədə göstəriş var idi. Məhz məxfi göstəriş əsasında martın 1-dən 2-nə keçən gecə Yerevanın mərkəzində müxalifətin qurduğu çadırlar dağıdılmış, 8 mitinq iştirakçısı və 2 Daxili Qoşunun hərbi qulluqçusu ölmüşdü.

 

Burada haşiyəyə çıxaraq onu da vurğulamaq lazımdır ki, Ermənistan iqtidarındakı hazırki personajlar məhz 2008-ci il seçkilərində məğlub olan və repressiyalara məruz qalan eyni şəxslər idi. Onlar arasında hazırki baş nazir Nikol Paşinyanın da adını çəkmək lazımdır. Həmin hadisələrdən sonra 2,5 il həbs yatan Paşinyan bir növ opponentlərindən indi qisas alır.

 

2008-ci ilin 1 mart hadisələri faktiki olaraq hakimiyyətin Robert Koçaryandan Serj Sarkisyana ötürülməsi əməliyyatı idi. Və aydın məsələdir ki, Sarkisyan da 0038 saylı məxfi əmrdən xəbərdar idi. Bu isə onu da qarşıdakı cinayət işlərində əsas hədəflərdən birinə çevirə bilər.

Təsadüfi deyil ki, Serj Sarkisyan müalicə almaq adı ilə ölkəsini tərk edərək İtaliyaya gedib. Müalicə səbəbinin bir bəhanə olduğunu nəzərə aldıqda və son 1 ayda keçmiş prezidentin qardaşı oğlunun həbsini, digərinin axtarışa verilməsi faktını diqqətdə saxladıqda onun həbs qorxusundan Avropaya qaçdığını söyləmək olar.

Qarabağ klanının digər üzvü, keçmiş müdafiə naziri Seyran Ohanyanın da bu gedişlə həbs olunacağı gözlənilir. Çünki o, 2008-ci ildə Ermənistan ordusunun Baş qərargah rəisi idi.

 

Bütün bu hadisələr fonunda Moskvanın mövqeyinin necə olacağı maraq doğurur. Çünki baş verən inqilaba rəğmən, ölkənin bütün siyasi və iqtisadi gücü məhz Moskvanın əlində cəmləşib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19