Ermənistan ordusu Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında hərbi təlimlər keçib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səhra təlimləri cəbhənin şimal, cənub və mərkəz istiqamətlərində həyata keçirilib.
Müxtəlif qoşun növlərinin qatıldığı səhra təlimlərinə qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyan başçılıq edib.