Arxiv
9 Avqust 2018, 16:12 | ÖLKƏ
Saakaşvilinin Paşinyan haqda dedikləri Ermənistanda qalmaqal yaratdı

Gürcüstanın keçmiş prezidenti və Odessanın eks-qubernatoru Mixeil Saakaşvili Ermənistan baş naziri Paşinyana məsləhətlər verib.

Saakaşvilinin bu məsləhətləri Ermənistan mətbuatında qalmaqala və geniş müzakirələrə səbəb olub

 

O, “Exo Moskvı” radiosunda çıxışı zamanı Putinin Ermənistanı Paşinyana elə-belə verməyəcəyi və payızda ona qarşı mitinqlər təşkil ediləcəyi xəbərdarlığını edib.

Saakaşvili Ermənistan baş nazirinə bunun olmaması üçün ilk olaraq sistemi dəyişdirməli olduğunu bildirib.


Saakaşvilinin sözlərinə görə, Paşinyanın əmrləri hələ də hüquq-mühafizə orqanlarının köhnə rəhbərləri tərəfindən icra olunur. Və onların baş nazirə qarşı üsyan etməyəcəyinə heç kim zəmanət verə bilməz.

 

“Bu gün onun bütün əmrləri hüquq-mühafizə orqanlarının köhnə başçıları tərəfindən həyata keçirilir. Bəs kim zəmanət verir ki, onlar Paşinyana qarşı üsyan etməyəcəklər? Hələ heç bir şey itirilməyib. Hər şey qüvvədə qalır. Paşinyan hüquq-mühafizə sistemlərini dəyişdirməlidir” – Saakaşvili bildirib.

O, öz bəyanatında Rusiya prezidenti Vladimir Putinin Paşinyandan qurtulmaq haqda planlarından da danışıb.

Eks-prezidentin sözlərinə görə, Putin payızda Paşinyanın qarşısına oliqarxlardan ibarət bir ordu yığacaq və mitinqlər təşkil edəcək.

 

“Mən tamamilə əminəm ki, Rusiya prezidenti yaxın zamanlarda Paşinyanı baş nazir postundan devirməyə hazırlaşır” – Saakaşvili sonda bəyan edib.

 

Modern.az xəbər verir ki, Saakaşvilinin bəyanatları Ermənistan mətbuatında qalmaqala səbəb olub. Mətbuat demək olar ki iki cəbhəyə ayrılıb.

Bir cəbhə bu bəyanatlara ciddi yanaşmağı və ehtiyat tədbirləri görməyi məsləhət verir.

Digər cəbhə isə Saakaşvilinin bu bəyanatlarını qınayıb və onu Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaqda ittiham edib.

 

Onlar eks-prezidentin Putinlə keçmiş haq-hesablarına diqqət çəkirlər və onu iki ölkə arasındakı münasibətləri anlamadığı halda qeyri-obyektiv fikir yürütməkdə günahlandırıblar.

Həmçinin bu qrup bildirir ki, Rusiya Ermənistandakı inqilaba qarşı olsaydı, onun elə “beşikdəcə” boğardı.

“O, (Putin -red.) Ukraynanın yarısını ələ keçirib. Belədirsə, Ermənistandakı məxməri inqilabın “beşikdəcə” boğulması məsələsində niyə sərtlik göstərmədi?” – 1.in.am analitik portalı qeyd edir.

 

İkinci cəbhədəki bəzi analitik yazılarda Sakaşvilinin hətta ən səmimi səbəblərdən olsa belə, bu addımı ilə Ermənistandakı məxməri inqilaba risk yaratdığını vurğulanıb.

 

Bir sözlə, Saakaşvili məsələyə şəxsi mənafeyindən yanaşaraq inqilabla yanaşı, həssas vəziyyətdə olan Ermənistan-Rusiya münasibətlərini risk altına atmaqda ittiham olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şirvanın su təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 15:18 21 cinayətin üstü “isti izlər”lə açıldı 23 İyul 2019, 15:14 Beş güləşçimiz EYOF-un finalında   23 İyul 2019, 15:13 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31 “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları 23 İyul 2019, 13:26 Hərracda manatın məzənnəsi müəyyənləşdi 23 İyul 2019, 13:15 10000 manatlıq gömrük ödənişindən yayınmaq istədilər  - FOTOLAR 23 İyul 2019, 13:06 Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - yekun planlaşdırma keçirildi 23 İyul 2019, 13:02 Avtovağzalın məlumat mərkəzi yenilənir 23 İyul 2019, 12:59 “Contra Magazin”: Azərbaycan ABŞ qoşunlarının İrana keçidinə icazə verməz   23 İyul 2019, 12:59 Güclü külək davam edəcək - HAVA PROQNOZU 23 İyul 2019, 12:55 Azərbaycanlı güləşçilər mübarizəyə qələbə ilə başlayıblar 23 İyul 2019, 12:49 İzmirdə əməliyyat - 47 hərbçi saxlanıldı 23 İyul 2019, 12:46 Abşeronda restoran yandı 23 İyul 2019, 12:31 Qədir Rüstəmovsuzluq – “Onun məhləsində  qadınlar corabsız gəzməzdi” 23 İyul 2019, 12:26 Agentlik bu dəfə şirniyyat sexini bağladı - FOTOLAR 23 İyul 2019, 12:22 İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul etdi 23 İyul 2019, 12:15 Şəkidə Regional Bərpa Mərkəzi yenilənir 23 İyul 2019, 12:11 Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı 23 İyul 2019, 12:06 Prezident Kolumbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib 23 İyul 2019, 11:52 Dini Komitə social şəbəkələrdəki dinlə bağlı yazılardan NARAZIDIR 23 İyul 2019, 11:50 Qərbi Kaspi Universitetindən “Flex Azərbaycan”ın finalçıları üçün təqaüd PROQRAMI 23 İyul 2019, 11:37 Ağdamda 17 məscid dağıdılıb 23 İyul 2019, 11:29 “Fenerbah”çe 19 milyon avroya oyunçusunu “satır” 23 İyul 2019, 11:27 Gədəbəydə “tarix” YAZILIR – Kabab, dovğa, şirniyyatlar... 23 İyul 2019, 11:24 Azərbaycan XİN Misir hökumətini təbrik etdi 23 İyul 2019, 11:05