Modern.az

Məcid Kərimov deputat həmkarını yalan danışmaqda suçladı

Məcid Kərimov deputat həmkarını yalan danışmaqda suçladı

4 Dekabr 2009, 17:40

Parlamentin ötən iclasında Müsavat partiyasından olan deputat İkram İsrafil Sumqayıtda fəaliyyət göstərən “Azərkimya” Dövlət Şirkətində  çalışan işçilərin hüquqlarının qurumun rəhbəri, millət vəkili Məcid Kərimov tərəfindən pozulduğunu qeyd etmişdi. İ.İsrafil şirkətin tabeliyindəki müəssisələrdə çalışanların maaş ala bilmədiklərini, onların qanunsuz olaraq işdən kənarlaşdırılması məsələsini də önə çəkmişdi.

Modern.az saytı deputatın qaldırdığı məsələ ilə bağlı qarşı tərəfin  fikirlərini öyrənib. Saytımıza açıqlamasında “Azərkimya” Dövlət Şirkətin prezidenti Məcid Kərimov bildirib ki, həmkarı İkram İsrafilin parlamentdə qaldırdığı məsələlərin hamısı yalandır: “Bizdə elə bir şey yoxdur. İşçilərin hər biri öz maaşını vaxtında alır”.

“Belədirsə, niyə həmkarınıza parlamentdə cavab vermirsiniz?” sualına “Azərkimya” rəhbəri “müxalifətdir də, fikir verməyin, yalan danışır” cavabını verib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub