Modern.az

ABŞ Çin və Rusiyaya qarşı kosmik müharibələrə HAZIRLAŞIR

ABŞ Çin və Rusiyaya qarşı kosmik müharibələrə HAZIRLAŞIR

10 Avqust 2018, 14:03

ABŞ-ın vitse-prezidenti Maykl Pens yeni yaradılan kosmik qüvvələrlə bağlı planı Pentaqonda təqdim edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, vitse-prezident Trampın Hərbi Kosmik Qüvvələri, o cümlədən elit kosmik qrupların yaradılmasına tərəfdar olduğunu deyib.

Həmin qüvvələrin yaradılması prosesinin 2020-ci ildə yekunlaşacağı və Çinlə Rusiyaya qarşı yönələcəyi bildirilib.

“Müşahidələrimiz aydın göstərir ki, rəqiblərimiz kosmosu döyüş meydanına çeviriblər və biz bu prosesdən kənarda qala bilmərik. Biz kosmosda da, Yerdə də sülh istəyirik. Amma tarixin təcrübəsi göstərir ki, bunun üçün güclü olmaq lazımdır. Bizim Hərbi Hava Qüvvələrimiz və Hərbi Kosmik Qüvvələrimiz ayrı-ayrılıqda olacaq”-deyə Pens deyib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir