Modern.az

Şirvan sakinini aldadıb avtomobilini qaçıran şəxs tutuldu

Şirvan sakinini aldadıb avtomobilini qaçıran şəxs tutuldu

10 Avqust 2018, 17:39

İyulun 24-də Şirvan şəhəri ərazisində naməlum şəxs Sabirabad rayon sakini Faiq Abbasəliyevi aldadaraq “Lada Granta” markalı avtomobilini ondan alıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Salyan şəhərinin ərazisində hərəkətdə olması müəyyən edilmiş edilib və məlumat aidiyyəti üzrə ötürülüb.

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Elnur Bədəlov saxlanılıb.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir