Modern.az

BATE - “Qarabağ” oyununu latviyalı hakimlər idarə edəcək

BATE - “Qarabağ” oyununu latviyalı hakimlər idarə edəcək

10 Avqust 2018, 21:51

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda keçiriləcək BATE - "Qarabağ" matçının hakimləri müəyyənləşib. Modern.az xəbər verir ki, qarşılaşmanı latviyalı hakimlər briqadası idarə edəcək.

 

Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasjonnikovs köməklik göstərəcək. Dörüdüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək.

 

Qeyd edək ki, BATE - "Qarabağ" matçı avqustun 14-ü "Borisov Arena"da baş tutacaq. Sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyun Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi