Modern.az

Şəkidə hamam tikintisində işləyən fəhlə öldü

Şəkidə hamam tikintisində işləyən fəhlə öldü

10 Avqust 2018, 22:15

Şəkidə fəhlə tikintidə ölüb. Modern.az xəbər verir ki, Şəki rayon Prokurorluğundan “Trend”ə verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.

 

Kənd sakini, 1958-ci il təvəllüdlü Mürsəlov Nurəli Bayraməli oğlu kənd ərazisindəki evlərdən birində hamam tikərkən təxminən 2 metr hündürlükdə tirin üzərindən yıxılıb.

 

Fəhlə Şəki şəhər Mərkəzi Xəstəxanasına aparılsada da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

N.Mürsəlov xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir