Modern.az

“Xalqlarımızı ümumi tarix, mədəniyyət, din, adət-ənənələr birləşdirir” – Tacikistan prezidenti

“Xalqlarımızı ümumi tarix, mədəniyyət, din, adət-ənənələr birləşdirir” – Tacikistan prezidenti

Aktual

10 Avqust 2018, 23:29

“Xalqlarımızı ümumi tarix, mədəniyyət, din, adət-ənənələr birləşdirir. Azərbaycanın incəsənət xadimləri çıxış edəndə, televiziyada, yaxud radioda veriliş gedəndə və Azərbaycan musiqisi, mahnısı eşidiləndə dərhal bizdə - Tacikistanda bunu öz sənəti kimi qəbul edirlər. Onlar buna çox diqqətlə yanaşırlar. Çox diqqətlə”. Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin adından verilən rəsmi ziyafətdə çıxış edən Tacikistan prezidenti Emoməli Rəhmon bildirib.

 

 

Emoməli Rəhmon Azərbaycanın uğurlarına sevindiyini qeyd edib: “Mən bu hissləri sözlərlə ifadə edə bilmirəm. Mən bunun canlı şahidiyəm. Münasibətlərimizin ilk günündən görürəm ki, təkcə paytaxt Bakının deyil, bütün Azərbaycanın siması dəyişir. Mən Qəbələdə, digər sənaye regionlarında olmuşam. İnkişaf göz qabağındadır. Bilirsiniz, Bakı mirvaridir, dünya səviyyəli şəhərdir”.

 

Azərbaycanın inkişafının prezident İlham Əliyevin böyük səyləri nəticəsində əldə olunduğunu deyən Tacikistan prezidenti vurğulayıb ki, qədim tarixi, mədəniyyəti, sivilizasiyası olan Azərbaycan xalqı bu uğurlara layiqdir və Tacikistanda ölkəmizin nailiyyətlərinə sevinirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!