Modern.az

Körpələrə "topuq testi"nin tətbiqi başlayır

Körpələrə "topuq testi"nin tətbiqi başlayır

Aktual

11 Avqust 2018, 00:17

Artıq körpə dünyaya gələn kimi onun hansı xəstəliklərinin olduğunumüəyyənləşdirmək mümkün olacaq. Modern.az xəbər verir ki, dünya səhiyyə sistemində geniş yayılan "topuq testi" Azərbaycanda da tətbiq olunacaq. Bunun üçün avadanlıqlar alınıb. İlk növbədə elmi-tədqiqat mamalıq və ginekologiya inistitutunda tətbiq olunduqdan sonra tədricən respublika ərazisində yerləşən xəstəxanalarda analizlər reallaşacaq

 

Azərbaycanda yeni doğulan körpələrin anadangəlmə irsi xəstləyini müəyyən etmək mümkün olacaq.

 

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev “Xəzər xəbər”ə bildirib ki, "topuq testi" bir neçə erkən xəstəliklərin diqanostikası üçün nəzərdə tutlub. Onun sözlərinə görə, uşaq doğulandan ilk sutka ərzində test götürmək olacaq.

 

Baş pediatr Nəsib Quliyev bildirib ki, yeni doğulan uşaqdan götürüləcək "Topuq testi" üçün avanadlıqlar alınıb. Proqram iki mərhələdən ibarət olacaq, əvvəl pilot şəklində Bakıda həyata keçiriləcək.

 

Dünya tibb sistemində olan "Topuq testi"i dövlət tərəfindən pulsuz şəkildə gerçəkləşdiriləcək. Proqramın tətbiqinə yaxın aylarda başlanılacaq

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır