Modern.az

Qırmızı işıqda keçən taksi qəza törətdi

Qırmızı işıqda keçən taksi qəza törətdi

11 Avqust 2018, 00:31

Nəsimi rayonunda iki minik avtomobili toqquşub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.  Hadisə zamanı 3 nəfər xəsarət alıb.

Belə ki, Büllbül prospekti ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan 90-XL-035 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilinin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman "Mercedes"-in sürücüsü idarəetməni itirərək Füzuli küçəsində işıqforun yaşıl işığından keçən "Vaz 2107"-ə çırpılıb.

 

Avtomobilin içərisində olan ailənin üç üzvü yüngül bədən xəsarətləri alıb.

 

Hər üç şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?