Modern.az

Qeyri-sabit hava kənd təsərrüfatına ziyan vurub

Qeyri-sabit hava kənd təsərrüfatına ziyan vurub

14 Avqust 2018, 20:13

Son günlər ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatına da ziyan vurub. Modern.az xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin Kənd təsərrüfatı və bitkiçilik şöbəsinin müdiri Vaqif Şabanovun “Trend”ə verdiyi məlumata görə, rayon ərazisinə yağan leysan yağışlar nəticəsində əkin sahələrinə xeyli ziyan dəyib.

 

V.Şabanov bildirib ki, yağış suları əsasən fındıq, yonca, qarğıdalı və soya sahələrinə zərər vurub:

 

"Həmin ərazilərdən su çəkilsə də, lil qatı qalmaqdadır. Əkin sahələrində 30-40 santimetr lil var. Lil olduğundan texnika tarlalara girə bilmir”.

 

İcra Hakimiyyətinin rəsmisi qeyd edib ki, rayon Fövqəladə Hallar Komissiyası hazırda dəymiş ziyanın hesablanması ilə məşğuldur, yekun rəqəmlər yaxın günlərdə açıqlanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir