Modern.az

Xətaidə mənzildə kişi meyiti tapıldı

Xətaidə mənzildə kişi meyiti tapıldı

14 Avqust 2018, 20:54

Xətaidə mənzildə kişi meyiti tapılıb. Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Raci Pablik Viladiroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir