Modern.az

İtaliyada körpü uçması nəticəsində ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

İtaliyada körpü uçması nəticəsində ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Dünya

15 Avqust 2018, 11:30

İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində dağıntılar altında qalan insanların axtarışları davam etdirilir.

 

Modern.az Reuters agentliyinə istinadən xəbər verir ki, axtarışlar nəticəsində ölən şəxslərin sayı 38 nəfərə çatıb.

Hazırda isə 12 nəfər ağır vəziyyətdə olmaqla daha 16 nəfər xəstəxanadadır.

 

Dağıntılar altında hələ də insanların qaldığı bildirilir. Onların axtarışı davam etdirilir.

Qeyd edək ki, İtaliyanın nəqliyyat naziri Danilo Toninelli bu faciə ilə əlaqədar bütün ölkə ərazisindəki tunel və köpülərdə təhlükəsizlik yoxlamaları aparılacağını bildirib.

 

xxx

İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində ölənlərin sayı artıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dəhşətli faciədə içərisində 2 uşaq olmaqla ölənlərin sayı 31-ə çatıb.

Hadisə zamanı körpüdə 35 avtomobil və 3 yük maşını olduğu da müəyyənləşib.

Qeyd edək ki, bundan əvvəl hakimiyyət 26 nəfərin ölümü barədə məlumat yayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir