Modern.az

Xətaidə avtobus dayanacağının ətrafına çəkilən dəmir hasar söküldü - FOTO

Xətaidə avtobus dayanacağının ətrafına çəkilən dəmir hasar söküldü - FOTO

Aktual

16 Avqust 2018, 17:40

Bakı Nəqliyyat Agentliyinin müdaxiləsi ilə Xətai rayonu, İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev Modern.az-a bildirib ki, ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün uyğun şəraitin yaradılması işləri aparılır.

 

Qeyd edək ki, bundan əvvəl vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib. Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib.

Dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal almışdı. Belə ki, bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırdəlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır