Modern.az

Azərbaycanlı gənc qapıçı Türkiyədə İLK ONLUĞA düşdü - FOTO

Azərbaycanlı gənc qapıçı Türkiyədə İLK ONLUĞA düşdü - FOTO

Aktual

16 Avqust 2018, 21:31

Həvəskar “Kəlbəcər” Futbol Klubunun qapıçısı Şeşən Əliyev Türkiyədə keçirilən “Amator Bal liqa”sında 10 ən yaxşı qapıçı sırasına düşüb. Qapıçının meneceri Səbuhi Ağanın Modern.az-a verdiyi məlumata görə gənc futbolçuya artıq xaricdən dəvətlər gəlir: “Şeşən Əliyevlə Türkiyə, Almaniya, hətta Fransa futbol klublarından maraqlanırlar. Hazırda gənc qapıçıya gələn dəvətlər dəyərləndirilir. Qısa zamanda dəvətləri dəyərləndirib qərar verəcəyik”.

 

Qeyd edək ki, Əliyev Şeşən Tahir oglu 17 may 2000-ci ildə Gəncə şəhərində anadan olub. Futbola 7 yaşından başlayan Şeşən 2007-ci ildə Gənclik futbol klubunda Mobil İsmayilovun rəhbərliyi altında məşqlərə başlayıb. Sonra o, Gəncənin Gənclər Birliyi klubunda, 2013-cü ildə Xəzər-Lənkaran Futbol Klubunda oynayıb. 2014-cü ildə Bakı klubuna keçən Şeşən Əliyev  sonra Kəpəz, 2016-cı ildə isə Qazağın “Göyəzən” klubunda fəaliyyət göstərib. Hazırda isə Gəncə şəhərində fəaliyyət göstərən həvəskar “Kəlbəcər” Futbol Klubunun  İdarə hHyətinin üzvü, eyni zamanda həmin komandanın qapıçısıdır. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır