Arxiv
17 Avqust 2018, 11:06 | HADİSƏ
Erməni lobbisi Merkelin Azərbaycana səfərini QISQANIR 

Almaniya kansleri Angela Merkelin Azərbaycana səfər vaxtı müəyyən olub.

Belə ki, Almaniya kansleri avqustun 25-də Azərbaycana gələcək.

Lakin Almaniya kanslerinin Bakıya səfərinin tarixi bəlli olandan sonra ortaya maraqlı məqamlar çıxıb. Almaniyada yaşayan erməni lobbisi xanım kanslerin səfərinə əngəl olmağa çalışırlar.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, erməni lobbisi bu məsələ ilə bağlı ciddi fəaliyyətə keçib. Merkelin səfərinə etiraz çağırışları edilib. Almaniyada yaşayan azərbaycanlıların əksəriyyəti ermənilərin bu addımını pisləyib. Təəssüf ki, bəzi azərbaycanlılar ermənilərin çağırışlarını cavabsız qoymayaraq onlara qoşulmağa çalışır.

 

Merkelin Azərbaycanla bağlı siyasi fəaliyyətinə etiraz edən ermənilərin məqsədi nədir?

 

Xocalıdan olan deputat Elman Məmmədov Modern.az-a açıqlamasında bunu həmişəki kimi gözü götürməməklə əlaqələndirib.

 

“Angela Merkel Almaniya kimi bir dövlətin rəhbəridir. Bu cür dövlət xadimlərinin siyasi fəaliyyətini miqrantlar müəyyən etmir. Almaniya dövləti, alman xalqı var. Dövlətin özünəməxsus siyasəti, tarixi mədəniyyəti mövcuddur. Kimlərinsə etiraz edib çağırış etməsi heç nəyi həll etmir. Bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə səbəb olacaq. Düşmən də bunu istəmir.

 

Azərbaycanın günü-gündən artan nüfuzu, inkişafı, əlaqələri düşməni qıcıqlandırır və xar edir.. Ona görə də düşmən nəsə etməyə çalışır. Ancaq yaxşı olar ki, öz ölkələrinin, xalqlarının dərdini çəksinlər. Çünki çox pis gündədirlər. Hələ bundan da pis günə düşəcəklər. Ermənilər gedib Almaniyanın bir küncünə sığınıblar, Allah bilir nə işlə məşğuldurlar. Üstəlik Almaniyanın siyasətinə də müdaxilə edirlər ki, niyə Azərbaycana səfər edirsən?! Burada yenə də erməni xisləti, düşmənçiliyi özünü büruzə verir. Azərbaycan Avropanın enerji məsələlərində yaxından iştirak edir. Azərbaycanla Almaniya və digər ölkələrlə olan münasibətlər günü-gündən daha da yaxşılaşır. Ermənistan nə edəcək ki?! Dalana sıxılmış, təcrid olunmuş və acınacaqlı iqtisadiyyatları göz önündədir”

 

Elman Məmmədov bəzi azərbaycanlıların addımını pisləyib.

 

“Bəzi soydaşlarımızın erməni lobbisinin çağırışlarına qoşulması məyusedicidir. Dünyanın harasında  yaşamasından asılı olmayaraq soydaşlarımız hər yerdə Azərbaycan dövlətinin, xalqının yaxşılığı üçün çalışmalı, uğuruna sevinməlidirlər. Düşmənin göstərdiyi münasibəti onların da göstərməsi xoşagəlməzdir. Söhbət burada Azərbaycan xalqının milli mənafeyindən, uğurundan gedir. Buna sevinib də müsbət mənada töhfə vermək əvəzinə, başqa hərəkət etmək təbii ki, xoşagəlməzdir”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hakimlərin maaşı qaldırıldı - SƏRƏNCAM 23 İyul 2019, 18:05 Deputat Musa Qasımlı seçicilərini dinlədi 23 İyul 2019, 17:59 İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək 23 İyul 2019, 17:52 Nazir Elmar Məmmədyarov dövlət katibini qəbul etdi 23 İyul 2019, 17:50 Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir  23 İyul 2019, 17:33 Goranboyun qaz təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 17:25 Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar 23 İyul 2019, 17:14 Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 23 İyul 2019, 17:13 2 güləşçimiz EYOF-da qızıl qazandı 23 İyul 2019, 17:01 Hüseyn Abdullayevin məhkəməsi yekunlaşır - prokuror ona və anasına cəza istəyəcək 23 İyul 2019, 16:49 Ağstafada mərmi tapıldı 23 İyul 2019, 16:43 “Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi 23 İyul 2019, 16:41 Azərbaycan 190 ölkə arasında 9-cu yerdədir 23 İyul 2019, 16:40 Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub 23 İyul 2019, 16:40 Prezident Murad Köhnəqalaya ev hədiyyə etdi 23 İyul 2019, 16:38 Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən saxlanıldı 23 İyul 2019, 16:36 Meşədə narkotik bitki əkən dəstə tutuldu - FOTOLAR 23 İyul 2019, 16:33 Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı 23 İyul 2019, 16:11 Uşaqları oğurlayıb dilənçi edirlər – Keçmiş polis rəisi 23 İyul 2019, 15:59 Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edildi   23 İyul 2019, 15:50 Böyük Britaniyanın yeni baş NAZİRİ 23 İyul 2019, 15:42 “Azərbaycan” kinoteatrı özəlləşdirildi 23 İyul 2019, 15:31 Şirvanın su təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 15:18 21 cinayətin üstü “isti izlər”lə açıldı 23 İyul 2019, 15:14 Beş güləşçimiz EYOF-un finalında   23 İyul 2019, 15:13 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31