Modern.az

Milli Paralimpiya Komitəsinin regional bölməsi yaradılıb

Milli Paralimpiya Komitəsinin regional bölməsi yaradılıb

17 Avqust 2018, 19:00

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə regionlarda paralimpiya hərəkatının sürətli inkişafını və seleksiya işlərinin aparılmasını təmin etmək, həmçinin paralimpiya dəyərlərinin cəmiyyət arasında təbliğini gücləndirmək məqsədilə Gəncədə Komitənin regional bölməsi yaradılıb.

ARMPK-dən Modern.az-a  bildiriblər ki, bölmə Gəncə də daxil olmaqla Göygöl, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında fəaliyyət göstərəcək. Paralimpiya çempionu Ramil Qasımov ictimai əsaslarla Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Gəncə regional bölməsinin müdiri vəzifəsinə təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir