Modern.az

Rezidenturaya imtahan verən 860 nəfərdən 314-ü keçdi

Rezidenturaya imtahan verən 860 nəfərdən 314-ü keçdi

Təhsil

29 Sentyabr 2011, 14:25

Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 29-da saat 14:00-dan etibarən 2011-2012-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən namizədlərdən 314 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. 

Qeyd edək ki, sentyabrın 24 və 25-də iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən 860 namizəd müsabiqədə iştirak hüququ qazanmışdı.  

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə