Arxiv
17 Avqust 2018, 20:56 | AKTUAL
“Yaxın zamanlarda gömrük sistemində islahatlar başa çatdırılacaq” - İqbal Babayev

“Sheraton Baku Airport” otelində Dövlət Gömrük Komitəsinin (DGK) rəhbər vəzifəli şəxsləri və xarici iqtisadi fəaliyyət iştirakçıları arasında görüş keçirilib. Dövlət Gömrük Komitəsindən  Modern.az-a verilən məlumata görə, komitənin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, görüşdə məqsəd gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması və gömrük rəsmiləşdirilməsi ilə bağlı gömrük sistemində həyata keçirilən islahatlar və yeniliklər barədə biznes subyektlərini məlumatlandırmaqdır.

 

Ölkə iqtisadiyyatı və xarici ticarətin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən atılan zəruri addımlardan bəhs edən DGK sədrinin müavini, eyni zamanda, gömrük orqanları tərəfindən son zamanlar idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, daha əlverişli biznes mühitinin yaradılması üçün görülən işlər barədə danışıb.

 

İ.Babayev vurğulayıb ki, gömrük sistemində islahatlar bir neçə istiqamətdə aparılır; həm struktur, həm də biznes prosesində mühüm dəyişikliklər edilir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ticarətin asanlaşdırılması və informasiya texnologiyalarının tətbiqi həyata keçirilir, sahibkarlar və gömrük əməkdaşları arasında münasibətlər təkmilləşdirilir.

 

Diqqətə çatdırılıb ki, yaxın zamanlarda gömrük sistemində aparılan islahatlar başa çatdırılacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda isə bu islahatlar ayrı-ayrı gömrük orqanları üzrə yekunlaşdırılır.

 

Komitə sədrinin müavini İ.Babayev qeyd edib ki, sahibkarlarla yanaşı, gömrük əməkdaşları da öz fəaliyyətlərini qlobal çağırışlara uyğunlaşdırırlar. Artıq gömrük sistemində nəzarət yox, xidmət mədəniyyəti formalaşdırılır və biznesin inkişafına bu yöndə dəstək verilir. Bununla belə, gömrük orqanlarının biznes subyektlərindən əsas gözləntisi dəqiqlik və etibarlılıqdır.

 

İ.Babayev “gömrük-dövlət”, “gömrük-gömrük” və “gömrük-biznes” əməkdaşlığı istiqamətində görülən tədbirlərin də məhz qarşılıqlı səmərəli fəaliyyətin təşkilinə xidmət etdiyini bildirib. Qeyd edilib ki, bu gün gömrük orqanlarının fəaliyyəti digər aidiyyəti dövlət strukturları ilə sinxronlaşdırılıb və bu da bütün gömrük hüqupozmalarının qarşısının operativ şəkildə alınmasını təmin edir. Azərbaycan Gömrük Xidməti digər ölkələrin gömrük orqanları ilə mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilini həyata keçirir ki, bu da gömrük vergi və rüsumlarından yayınmalara yönələn bütün cəhdləri imkansız edir. İqbal Babayev onu da qeyd edib ki, ticarətin inkişafı, gömrük prosedurlarının asan və sürətli həyata keçirilməsi mallar və nəqliyyat vasitələrinin gömrük orqanlarına əvvəlcədən bəyan edilməsindən çox asılıdır.

 

DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Səməd Qaralov gömrük işinin təkmilləşdirilməsilə bağlı yeniliklər və güzəştlər barədə sahibkarları məlumatlandırıb və bildirib ki, başlıca məqsəd idxal-ixrac əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, gömrük əməliyyatlarının şəffaf şəkildə həyata keçirilməsinin təmin olunması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır.

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev isə gömrük sistemində aparılan islahatların gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaratdığını diqqətə çatdırıb. Diskussiya şəraitində keçən görüşün sonunda sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların sualları cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ümumqoşun poliqonunda təlim keçirildi - VİDEO 19 İyun 2019, 17:23 UNİCEF: “Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin artması fenomenal uğurdur” 19 İyun 2019, 17:18 Manatın sabahkı məzənnəsi açıqlandı 19 İyun 2019, 17:11 Deputat: “Beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından üstündür” 19 İyun 2019, 17:06 “Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq 19 İyun 2019, 17:03 Ermənistanda 28 yaşlı gənc nazir təyin olundu 19 İyun 2019, 16:56 Əzələ-oynaq ağrılarının SƏBƏBİ - D vitamini çatşmazlığı 19 İyun 2019, 16:50 Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı 19 İyun 2019, 16:46 ADU Fəxri Diploma layiq görüldü   19 İyun 2019, 16:28 İsrailin xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır   19 İyun 2019, 16:17 Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər 19 İyun 2019, 16:08 Artilleriya hərbi hissələrinin komandir toplanışı keçirilib 19 İyun 2019, 16:03 Gözmuncuğu, at nalı… - İnsanların əşyalarla bağlı İNANCLARI 19 İyun 2019, 16:03 Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ 19 İyun 2019, 15:51 185 və 194 nömrəli marşrut xəttində DƏYİŞİKLİK 19 İyun 2019, 15:40 “Azərsu” Bakıda su təchizatını yaxşılaşdırır 19 İyun 2019, 15:31 Malaziya təyyarəsini vurmaqda şübhəli bilinən 4 nəfər axtarışa verildi 19 İyun 2019, 15:28 Ankara ilə Vaşinqtonun S-400 SAVAŞI - Ərdoğan geri addım atmayacaq 19 İyun 2019, 15:16 Deputat silah təmizləyərkən özünü güllələdi 19 İyun 2019, 15:07 Energetika Nazirliyi Yaponiya şirkəti ilə memorandum imzalayıb 19 İyun 2019, 15:04 Hərbi çağırışçılara xəbər var: iyunun 26-dan sonra hara düşdüyünü öyrənəcək 19 İyun 2019, 14:59 Deputat Elşad Həsənov seçicilərini qəbul etdi 19 İyun 2019, 14:50 “Qobu Park”da qaçqınlarla bağlı festival keçirildi   19 İyun 2019, 14:45 Mətbuat Şurası daha bir saytı “qara siyahı”ya saldı 19 İyun 2019, 14:41 “İndi sözüm vaxtilə iqtidarda olanlaradır” - Əli Əhmədovdan müxalifətə İTTİHAM 19 İyun 2019, 14:39 İmzanı Azercell ilə tanıt! 19 İyun 2019, 14:22 Elçibəy ailəsinə verilən eks-prezident müavinəti KƏSİLƏCƏK - EKSKLÜZİV 19 İyun 2019, 14:21 Trampın köməkçisi Elmar Məmədyarovla Qarabağı müzakirə edəcək 19 İyun 2019, 14:16 “University Foundation Center”də buraxılış gecəsi - VİDEO 19 İyun 2019, 14:15 Dünyada qaçqınların sayı 20 ilin rekordunu YENİLƏDİ 19 İyun 2019, 14:00 Separatçı qurumların Gürcüstana qarşı gizli və məkrli planları 19 İyun 2019, 13:58 Sevinc Fətəliyeva: “Özəl sektorda çalışan 350 min vətəndaş…” 19 İyun 2019, 13:53 Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı 19 İyun 2019, 13:49 Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər 19 İyun 2019, 13:16 Karqo şirkətləri qaydalara nə dərəcədə əməl edirlər? 19 İyun 2019, 13:00