Modern.az

Paşinyan rəqiblərini hədələdi

Paşinyan rəqiblərini hədələdi

17 Avqust 2018, 21:33

“1 mart işi tamamilə açılıb. Həmin cinayətin başçılarından kiminsə məsuliyyətdən yaxa qurtarması kimi bir variant yoxdur. 2008-ci ilin mart ayının 1-də on nəfərin qətlində günahı olanlar cəzalandırılacaqlar. İndi çoxu sayılı saatlarının qaldığını və yerlərinin türmə olduğunu, xalq qarşısında cavab verməli olacaqlarını anlayaraq, özlərini siyasi təqib qurbanı kimi təqdim etməyə çalışırlar. Amma hamınız qatil kimi həbs olunacaqsınız. Mən bunu erməni xalqı, Ermənistan vətəndaşları adından söyləməyə vəkil edilmişəm”. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Yerevanın Respublika meydanında keçirilən mitinqdə  baş nazir postunda olduğu 100 günə yekun vuran Nikol Paşinyan bildirib.

 

Onun sözlərinə görə, bəzi adamlar Ermənistanda “vətəndaş müharibəsi”nin mümkünlüyünü bildirirlər: “Vətəndaş müharibəsi yalnız sizin ofislərinizdə ola bilər. Neçə vətəndaşın dəstəyinə maliksiniz ki, vətəndaş müharibəsi olsun? 17 keçmiş korrupsioner və daha 22 uydurma sosial şəbəkə hesabı. Budur sizin vətəndaş dəstəyiniz”.

 

Onun sözlərinə görə, əgər kimsə bir də “vətəndaş müharibəsi” təhlükəsi ilə hədələsə, onunla Ermənistanın Milli Təhlükəsizlik Xidməti məşğul olacaq.

 

“Sizdən gizli Qarabağla bağlı heç bir kağızı imzalamaram. Variant olsa, bura gələcəyəm, sizə təqdim edəcəyəm, özünüz qərar verərsiniz, bu variantla gedək, ya yox. Biz sülh yolu ilə tənzimlənməyə hazırıq. Lakin mənim torpaqları təhvil vermək niyyətində olduğumdan şübhələnən anlamır ki, məsələni hökumət həll etmir, xalq həll edir”, - Paşinyan deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir