Arxiv
19 Avqust 2018, 15:27 | AKTUAL
Sabah ölkə ərazisində küləkli hava şəraiti davam edəcək

Sabah respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 21-24°, gündüz 25-29° isti olacaq.

Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarətinin 23-24° isti olacağı gözlənilir.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarətinin 24-25° isti olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olmaları tövsiyə edilir.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Axşam əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 26-31° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli olma ehtimalı var, axşama doğru tədricən kəsiləcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 29-34° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-25°, gündüz 28-33° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ADU Fəxri Diploma layiq görüldü   19 İyun 2019, 16:28 Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər 19 İyun 2019, 16:08 Artilleriya hərbi hissələrinin komandir toplanışı keçirilib 19 İyun 2019, 16:03 Gözmuncuğu, at nalı… - İnsanların əşyalarla bağlı İNANCLARI 19 İyun 2019, 16:03 Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ 19 İyun 2019, 15:51 185 və 194 nömrəli marşrut xəttində DƏYİŞİKLİK 19 İyun 2019, 15:40 “Azərsu” Bakıda su təchizatını yaxşılaşdırır 19 İyun 2019, 15:31 Malaziya təyyarəsini vurmaqda şübhəli bilinən 4 nəfər axtarışa verildi 19 İyun 2019, 15:28 Ankara ilə Vaşinqtonun S-400 SAVAŞI - Ərdoğan geri addım atmayacaq 19 İyun 2019, 15:16 Deputat silah təmizləyərkən özünü güllələdi 19 İyun 2019, 15:07 Energetika Nazirliyi Yaponiya şirkəti ilə memorandum imzalayıb 19 İyun 2019, 15:04 Hərbi çağırışçılara xəbər var: iyunun 26-dan sonra hara düşdüyünü öyrənəcək 19 İyun 2019, 14:59 Deputat Elşad Həsənov seçicilərini qəbul etdi 19 İyun 2019, 14:50 “Qobu Park”da qaçqınlarla bağlı festival keçirildi   19 İyun 2019, 14:45 Mətbuat Şurası daha bir saytı “qara siyahı”ya saldı 19 İyun 2019, 14:41 “İndi sözüm vaxtilə iqtidarda olanlaradır” - Əli Əhmədovdan müxalifətə İTTİHAM 19 İyun 2019, 14:39 İmzanı Azercell ilə tanıt! 19 İyun 2019, 14:22 Elçibəy ailəsinə verilən eks-prezident müavinəti KƏSİLƏCƏK - EKSKLÜZİV 19 İyun 2019, 14:21 Trampın köməkçisi Elmar Məmədyarovla Qarabağı müzakirə edəcək 19 İyun 2019, 14:16 “University Foundation Center”də buraxılış gecəsi - VİDEO 19 İyun 2019, 14:15 Dünyada qaçqınların sayı 20 ilin rekordunu YENİLƏDİ 19 İyun 2019, 14:00 Separatçı qurumların Gürcüstana qarşı gizli və məkrli planları 19 İyun 2019, 13:58 Sevinc Fətəliyeva: “Özəl sektorda çalışan 350 min vətəndaş…” 19 İyun 2019, 13:53 Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı 19 İyun 2019, 13:49 Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər 19 İyun 2019, 13:16 Karqo şirkətləri qaydalara nə dərəcədə əməl edirlər? 19 İyun 2019, 13:00 Sabah 38 dərəcə isti olacaq, külək əsəcək - HAVA PROQNOZU 19 İyun 2019, 12:55 Niyazi Bayramov sakinləri dinləyib 19 İyun 2019, 12:45 Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti yaxşılaşacaq” 19 İyun 2019, 12:45 Komitə sədrləri ölkə başçına təşəkkür etdilər: “Belə irihəcmli maaş artımı…” 19 İyun 2019, 12:42 Zakir Həsənov çağırış etdi 19 İyun 2019, 12:39 Platini sərbəst buraxıldı 19 İyun 2019, 12:35 “Real Madrid” yeni rekorda imza atdı – 303 milyon avro xərcləyib 19 İyun 2019, 12:34 Müəllimlərin yerdəyişməsinin nəticələri AÇIQLANIB 19 İyun 2019, 12:20 Minimum pensiya məbləği 200 manata çatdırılır - Prezidentdən yeni TƏŞƏBBÜS 19 İyun 2019, 12:18