Modern.az

Azərbaycanda benzin bahalaşdı

Azərbaycanda benzin bahalaşdı

19 Avqust 2018, 20:01

Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşıb. Modern.az xəbər verir ki, artıq bu barədə yanacaqdoldurma məntəqələrinə məlumat verilib.

 

Belə ki, artıq “Premium Euro-95” markalı benzin 1 manat 50 qəpik olub. “Super Euro-98” markalı avtomobil benzinin qiyməti isə bahalaşaraq 1 manat 60 qəpik olub.

Qeyd edək ki, bundan əvvəl “Premium Euro-95” markalı benzin 1.25, “Super Euro-98” isə 1.50 manata satılırdı.

Müqayisə üçün, Gürcüstanda 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları (1.75 manat), 98 oktanlı benzinin satış qiyməti isə 1.07 dollar (1.82 manat), Türkiyədə, müvafiq olaraq, 1.14 dollar (1.94 manat) və 1.18 dollar (2 manat) təşkil edir. Ukraynada isə bu növ avtomobil benzinlərinin satış qiyməti, müvafiq olaraq, 1.18 dollar (2 manat) və 1.22 dollar (2.07 manat) civarında satılır. Həmin ölkələrdə də bu növ neft məhsulları istehsal edilmir və tələbat idxal hesabına ödənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı