Modern.az

“Neftçi” çempionatın lideri oldu

“Neftçi” çempionatın lideri oldu

19 Avqust 2018, 21:29

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun mərkəzi matçında "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gəlib. Modern.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən matçın 36-cı dəqiqəsində Baqali Dabo “Neftçi”ni önə keçirib. 48-ci dəqiqədə isə Dario Frederiko fərqlənib: 2:0.

 

“Qəbələ” 85-ci dəqiqədə Rauf Əliyevlə hesab arasındakı fərqi azaldıb, lakin görüşdə başqa qol olmayıb və “Neftçi” meydandan 2:1-lik qalibiyyətlə ayrılıb.

 

İki ardıcıl qələbədən sonra "Neftçi" 6 xalla vahid liderə çevrilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir