Modern.az

7 ballıq zəlzələ oldu – 10 ölü, 24 yaralı  

7 ballıq zəlzələ oldu – 10 ölü, 24 yaralı   

Aktual

20 Avqust 2018, 09:52

İndoneziyanın Lombok adasında yenidən baş verən güclü zəlzələ ölüm və yaralılarla müşayiət olunub.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət 10 nəfərin ölümü və 24 nəfərin yaralanması ilə nəticələnib.

Bazar günü baş verən zəlzələnin 6.9 bal gücündə olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl avqustun 5-də Lombok adasında baş vermiş silsilə zəlzələlər 436 nəfərin ölümünə səbəb olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır