Arxiv
20 Avqust 2018, 10:00 | AKTUAL
Aqrokimya laboratoriyalarında 90 nümunə üzərində analizlər aparılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində 11 rayonda - Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucarda regional aqrokimya laboratoriyaları yaradılıb.

Modern.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin 13 avqust 2016-cı il tarixli Kollegiya Qərarına əsasən bu laboratoriyaların idarəçiliyi Dövlət Fitosanitar Xidmətinə tapşırılıb.

Regional aqrokimya laboratoriyaları ilk növbədə əkinə yararlı torpaqların aqrokimyəvi tədqiqatını aparır, tədqiqat apardığı sahələrə aqrokimyəvi pasportlar verir və kartoqramlar hazırlayır, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdə iştirak edir. Eyni zamanda, torpaq mülkiyyətçilərinin sifarişi əsasında torpağın morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri və rütubət ehtiyatı ilə təmin edilməsini müəyyənləşdirir, torpaqların münbitliyinin artırılması və çirklənmədən mühafizəsi ilə bağlı təkliflər və tövsiyələr hazırlayır. Bitkiçilik məhsullarının (meyvə, tərəvəz, bostan, üzüm, dənli-paxlalı bitkilərin və yem bitkilərinin) tərkibində olan nitrit va nitratlarən miqdarını və pestisidlərin qalıq səviyyəsini kimyəvi analizlər vasitəsilə müəyyən edir, torpaq nümunələri, o cümlədən şoranlaşmış və şorakətləşmiş torpaqlardan götürülən nümunələr üzərində kimyəvi analizlər apararaq analizlərin nəticələrinə uyğun olaraq müvafiq təkliflər verir.

Yeni tikilmiş binalarda fəaliyyət göstərən regional aqrokimya laboratoriyaları qaz və maye xromatoqrafları, atomik spektrometr, PH-metr, spektrofotometr, kondiktometr, distillə aparatları, Keldal, stereoskopik (binokulyar) və bioloji mikroskoplar, təzyiqli süzmə dəsgahı kimi müasir cihaz və avadanlıqlarla təchiz edilib. Quba, Bərdə, Tovuz, Lənkəran, Şamaxı və Göygöl aqrokimya laboratoriyalarında cihaz və avadanlıqların quraşdırılması işləri tamamlanıb və laboratoriyalar tam gücü işə başlayıblar. Hazırda bu laboratoriyalarda torpaq analizləri aparılır.

Abşeron və Şəki regional aqrokimya laboratoriyalarının inzibati binalarının tikintisi davam edir, Ucar, Sabirabad və Salyan regional aqrokimya laboratoriyalarının tam gücü ilə fəaliyyətini təmin etmək məqsədi ilə yeni laboratoriya  avadanlıqlarının alınması üçün sifarişlər verilib. İlin sonuna qədər adları qeyd edilən laboratoriyaların tam gücü ilə fəaliyyətə başlaması planlaşdırılır.

Məlumat üçün bildirək ki, kənd təsərrüfatı nazirinin 18 iyul 2018-ci il tarixli əmri ilə cari ilin avqustun 1-dən etibarən regional aqrokimya laboratoriyaları ödənişli fəaliyyət növü əsasında öz xidmətlərini fermer və təsərrüfat sahiblərinə təklif etməyə başlayıblar. Avqustun 1-dən bu günə qədər ümumilikdə fermer və sahibkarlar tərəfindən laboratoriyalara 90 torpaq nümunəsi təqdim edilib və müvafiq analizlər aparılıb.  Analizlərdən sonra əldə edilən nəticələr əsasında vətəndaşlar onlara məxsus olan torpaq sahələrinin son vəziyyəti barədə məlumat əldə edir və müvafiq tədbirlər görürlər. Lənkəran regional aqrokimya laboratoriyası isə avqust ayı ərzində Lerik rayonu ərazisində 200 hektar sahədə kartoqramlar hazırlayaraq sahibkarlara təhvil verib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
23 iyul tarixinin nə günahı var? 23 İyul 2019, 00:45 Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27 Prezident həmkarını təbrik edib 22 İyul 2019, 18:18 Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı - FOTO   22 İyul 2019, 18:09 “Nar” yarışma keçirdi 22 İyul 2019, 18:00 Lənkəranda tank əleyhinə mina aşkarlanıb - FOTO 22 İyul 2019, 17:50 "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır" - Ceyhun Bayramov 22 İyul 2019, 17:42