Modern.az

Pentaqon anonim messenger yaradır

Pentaqon anonim messenger yaradır

20 Avqust 2018, 11:21

ABŞ Müdafiə Nazirliyi öz əməkdaşları üçün yeni anonim messengerin yaradılmasına start verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu messenger üçün ABŞ-ın İrəli Müdafiə Araşdırma Layihələri Agentliyi (DARPA) 44 milyon dollar ayırıb.

Bu yeni layihə üzərində işlərin 2019-cu ilin martında başlayacağı və 2023-cü ilə kimi tamamlanması gözlənilir.

Bu layihəyə “Hər kəs üçün möhkəm Anonim Əlaqə” (Resilient Anonymous Communication for Everyone) adı verilib.

Messengerdə  kriptoqrafik texnologiyadan istifadə ediləcək və hücumlara qarşı testlər keçiriləcək. Bununla da proqram daxilində əlaqə şifrələnəcək.

Ən əsas yenilik isə messengerin bir şəbəkə daxilində internet əlaqəsi olmadan belə fəaliyyət göstərə bilməsidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər