Arxiv
20 Avqust 2018, 12:52 | AKTUAL
Heydər Əliyev Fondu tərəfindən ADAU-ya dəstək

20  avqust 2018-ci il tarixində Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi Soltan Məmmədov və  baş mütəxəssisi Fuad Rzayev, İsrailin Azərbaycandakı Səfirliyinin Birinci Katibi və Missiya rəhbərinin müavini Avital Rosenberg və iqtisadi əlaqələr üzrə köməkçisi Kəmalə Ramazanova,  İsrailin dünya miqyasında tanınmış “Netafim” şirkətinin nümayəndələri İlya Krasnoşekov və Məzahir Nəcəfov Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU)  səfər ediblər.

Səfərin məqsədi Heydər Əliyev Fondunun dəstəyi ilə ADAU-da “Netafim” şirkətinin müasir suvarma sisteminin quraşdırılması layihəsinin müzakirəsi olub.

Qonaqlarla görüşən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsində görülmüş işlər, kənd təsərrüfatı ixtisasları, o cümlədən “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası üzrə yalnız dövlət sifarişli və ödənişsiz əsaslarla mütəxəssis hazırlığının mövcud vəziyyəti, tədris və elmi-tədqiqat məqsədilə müasir suvarma sisteminin quraşdırılmasının vacibliyi barədə danışıb.

Layihənin  həyata keçirilməsi üçün göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirən rektor quraşdırılacaq sistemin universitetdə mütəxəssis hazırlığının səviyyəsinin daha da yüksəldilməsinə, nəticədə, aqrar sahənin kadr təminatına böyük töhfə verəcəyini qeyd edib.

Heydər Əliyev Fondunun Beynəxalq Əlaqələr Departamentinin rəisi Soltan Məmmədov, İsrailin Azərbaycandakı Səfirliyinin Birinci Katibi və Missiya rəhbərinin müavini Avital Rosenberg, “Netafim” şirkətinin nümayəndəsi  İlya Krasnoşekov çıxış edərək layihənin mahiyyəti, texniki-iqtisadi göstəriciləri, gözlənilən nəticələr barədə məlumatlar veriblər.

Görüşdən sonra qonaqlar universitetin maddi-texniki bazası ilə yaxından tanış olub, layihənin icra olunacağı  yerə baxış keçiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
23 iyul tarixinin nə günahı var? 23 İyul 2019, 00:45 Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27 Prezident həmkarını təbrik edib 22 İyul 2019, 18:18 Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı - FOTO   22 İyul 2019, 18:09 “Nar” yarışma keçirdi 22 İyul 2019, 18:00 Lənkəranda tank əleyhinə mina aşkarlanıb - FOTO 22 İyul 2019, 17:50 "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır" - Ceyhun Bayramov 22 İyul 2019, 17:42