Arxiv
20 Avqust 2018, 16:32 | AKTUAL
“İrəli”də yeni layihə: “SAY-Cümhuriyyət”

“İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək SAY hərəkatının 6-cı fəaliyyəti olan “Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)” layihəsini həyata keçirəcək. Könüllülər düşərgəsi Lənkəran şəhərində baş tutacaq.

Modern.az xəbər verir ki, “Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)” –layihəsi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərancamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunacaq.

“İrəli” İctimai Birliyi "SAY: Support of Azerbaijan Youth" hərəkatı adı altında "SAY: Könüllülük Akademiyası", "SAY: Green", "SAY: Multikulturalizm", "SAY: Volunteering Festival", “SAY: Solidarity” kimi böyük layihələri Quba, Gəncə, İsmayıllı, Oğuz, Balakən şəhər və rayonlarında həyata keçirib və 100-lərlə gənci öz ətrafında toplamağı bacarıb. Adıçəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi və onların hərtərəfli formalaşmasına şərait yaratmaq olub. Eyni zamanda beynəlxalq və yerli tədbirlərdə gənclərin fəal iştirakına stimul vermək və Azərbaycanda könüllü fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimatlandırılması və ixtisaslaşdırılması layihəsidi.

 

“Azərbaycan Gənclərinə Dəstək – könüllülər düşərgəsi (SAY: Cümhuriyyət)” layihəsinin əsas məqsədi – Azərbaycanda Könüllülük ideyalarının aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, sağlam həyat tərzinin təbliği ilə gəncliyin inkişafına təkan vermək, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların aktiv iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq. Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların aktiv iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdan ibarətdir. Layihədə müəyyən edilən kriteriyalar əsasında gender bərabərliyi qorunmaqla 18-25 yaş aralığında gənclər Lənkəran şəhərində düşərgə şəraitində müxtəlif fiziki və simulyasiya oyunlarında, müzakirələrdə, peşəkar təlimçilərin iştirakı ilə seminarlarda, tanınmış şəxslərlərlə görüşlərdə iştirak edəcəklər. İcra ediləcək layihə çərçivəsində ölkə gənclər siyasətinə töhfə vermək məqsədilə gənclərin ölkə maraqlarının qorunmasında aktiv iştirakını təmin etmək, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaq nəzərdə tutulub.

Təşkilatın mətbuat xidmətindən bildirilib ki, “İrəli” İctimai Birliyi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının” 5.7.5. maddəsində Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi” bəndinə uyğun olaraq Support of Azerbaijan Youth (SAY)- “Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi” layihəsini həyata keçirir

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək 23 İyul 2019, 17:52 Nazir Elmar Məmmədyarov dövlət katibini qəbul etdi 23 İyul 2019, 17:50 Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir  23 İyul 2019, 17:33 Goranboyun qaz təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 17:25 Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar 23 İyul 2019, 17:14 Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 23 İyul 2019, 17:13 2 güləşçimiz EYOF-da qızıl qazandı 23 İyul 2019, 17:01 Hüseyn Abdullayevin məhkəməsi yekunlaşır - prokuror ona və anasına cəza istəyəcək 23 İyul 2019, 16:49 Ağstafada mərmi tapıldı 23 İyul 2019, 16:43 “Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi 23 İyul 2019, 16:41 Azərbaycan 190 ölkə arasında 9-cu yerdədir 23 İyul 2019, 16:40 Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub 23 İyul 2019, 16:40 Prezident Murad Köhnəqalaya ev hədiyyə etdi 23 İyul 2019, 16:38 Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən saxlanıldı 23 İyul 2019, 16:36 Meşədə narkotik bitki əkən dəstə tutuldu - FOTOLAR 23 İyul 2019, 16:33 Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı 23 İyul 2019, 16:11 Uşaqları oğurlayıb dilənçi edirlər – Keçmiş polis rəisi 23 İyul 2019, 15:59 Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edildi   23 İyul 2019, 15:50 Böyük Britaniyanın yeni baş NAZİRİ 23 İyul 2019, 15:42 “Azərbaycan” kinoteatrı özəlləşdirildi 23 İyul 2019, 15:31 Şirvanın su təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 15:18 21 cinayətin üstü “isti izlər”lə açıldı 23 İyul 2019, 15:14 Beş güləşçimiz EYOF-un finalında   23 İyul 2019, 15:13 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31 “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları 23 İyul 2019, 13:26 Hərracda manatın məzənnəsi müəyyənləşdi 23 İyul 2019, 13:15