Arxiv
20 Avqust 2018, 16:44 | AKTUAL
Yeltsin üç gün dayanmadan içib və Amerika səfirliyinə qaçmaq istəyib

SSRİ-nin son aylarını yaşadığı 1991-ci ildə, avqustun 18-də baş qaldırmış hərbi qiyam zamanı Rusiyanın ilk prezidenti özünü necə aparıb? O, doğrudan da sonradan təbliğ edildiyi kimi demokratiya naminə heç nədən çəkinmədən mübarizəyə başlayıb və qiyam qaldırmış generalların, tankların qarşısına çıxaraq QKÇP-nin süqutuna nail olub?

 

Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, bu hadisələrin üstündən 27 il keçəndən sonra Rusiyanın keçmiş vitse-prezidenti, general Aleksandr Rutskoy “Moskovskiy Komsomolets” qəzetinə həmin hadisələr zamanı Yeltsini müdafiə etdiyi üçün peşiman olduğunu deyib. Rutskoy bildirib ki, QKÇP qiyamı başlayanda Yeltsin üç gün dayanmadan içib, “zapoya” gedib və daha sonra ABŞ səfirliyinə qaçmaq istəyib. Rutskoy danışıb ki, insanları “Ağ evin” (Dövlət Dumasının indiki binasının) qarşısına toplamaq ideyası ona məxsus idi və məhz bu çağırış əsasında on minlərlə insan parlament binasının qarşısına toplaşıb QKÇP-nin süqutuna səbəb oldu.

 

Lakin Yeltsinin təhlükəsizlik xidmətinin rəhbəri olmuş general Aleksandr Korjakov Rutskoyun dediklərini təkzib edib, onu “sayıqlamada” günahlandırıb və deyib ki, əslində Yeltsin həmin hadisələr vaxtı çox az içmişdi. “Yeltsin o vaxt çox az içmişdi, cəmi bir qədər içib yatmışdı. Paltarlı yatırdı. Rutskoy Yeltsinin evə içib gəldiyini deyir, amma əslində onun özü bərk içmişdi”-Korjakov deyib.

 

Polemikaya Rusiya Federasiya Şurasının keçmiş sədri Ruslan Xasbulatov nöqtə qoyub. O, təsdiq edib ki, Yeltsin QKÇP qiyamı başlayanda aramsız içirdi və ABŞ səfirliyinə qaçmağa hazırlaşırdı.

Xasbulatovun sözlərinə görə, bu məsələni əslində Rutskoya o danışıb. “Bu ki məlum olan faktdır. Rutskoy düz deyir, amma şahid mən idim. Yeltsin məni dilə tuturdu ki, Amerika səfirliyinə birlikdə qaçaq. Mən imtina edəndə o da məcbur oldu imtina etsin. Yeltsin nəinki qaçmağı təklif edirdi, məni dilə tuturdu: “Gəl qaçaq, yoxsa onlar bizi öldürəcəklər, yarım saat sonra hücum olacaq”. Yeltsinə təklif etdim ki, istəyirsə qaçsın, amma mən qalacağam. O görəndə ki, Ali sovetin sədri səfirliyə qaçmaq istəmir, o da fikrindən daşındı”-Xasbulatov danışıb.

 

1991-ci il avqustun 18-də SSRİ güc strukturlarının və xüsusi xidmət orqanlarının rəhbərləri prezident Mixail Qorbaçovu hakimiyyətdən kənarlaşdırdıqlarını elan edərək müvəqqəti hakimiyyət orqanı kimi Dövlət Fövqəladə Vəziyyət Komitəsi (QKÇP) qurduqlarını elan ediblər. Həmin vaxt Qorbaçov Soçidə dincəlirdi.

Lakin Yeltsinin komandası QKÇP-yə qarşı çıxıb və silahlı qüvvələrin Rusiya prezidentinə sadiq olan hissəsinin köməyi ilə çevriliş planı üç gün sonra süqut edib. QKÇP üzvləri həbs ediliblər, bəziləri isə intihar etməyi seçiblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hakimlərin maaşı qaldırıldı - SƏRƏNCAM 23 İyul 2019, 18:05 Deputat Musa Qasımlı seçicilərini dinlədi 23 İyul 2019, 17:59 İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək 23 İyul 2019, 17:52 Nazir Elmar Məmmədyarov dövlət katibini qəbul etdi 23 İyul 2019, 17:50 Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir  23 İyul 2019, 17:33 Goranboyun qaz təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 17:25 Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar 23 İyul 2019, 17:14 Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 23 İyul 2019, 17:13 2 güləşçimiz EYOF-da qızıl qazandı 23 İyul 2019, 17:01 Hüseyn Abdullayevin məhkəməsi yekunlaşır - prokuror ona və anasına cəza istəyəcək 23 İyul 2019, 16:49 Ağstafada mərmi tapıldı 23 İyul 2019, 16:43 “Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi 23 İyul 2019, 16:41 Azərbaycan 190 ölkə arasında 9-cu yerdədir 23 İyul 2019, 16:40 Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub 23 İyul 2019, 16:40 Prezident Murad Köhnəqalaya ev hədiyyə etdi 23 İyul 2019, 16:38 Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən saxlanıldı 23 İyul 2019, 16:36 Meşədə narkotik bitki əkən dəstə tutuldu - FOTOLAR 23 İyul 2019, 16:33 Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı 23 İyul 2019, 16:11 Uşaqları oğurlayıb dilənçi edirlər – Keçmiş polis rəisi 23 İyul 2019, 15:59 Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edildi   23 İyul 2019, 15:50 Böyük Britaniyanın yeni baş NAZİRİ 23 İyul 2019, 15:42 “Azərbaycan” kinoteatrı özəlləşdirildi 23 İyul 2019, 15:31 Şirvanın su təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 15:18 21 cinayətin üstü “isti izlər”lə açıldı 23 İyul 2019, 15:14 Beş güləşçimiz EYOF-un finalında   23 İyul 2019, 15:13 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31