Arxiv
20 Avqust 2018, 18:11 | AKTUAL
İlham Əliyev Azərbaycan xalqını təbrik ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Modern.az xəbər verir ki, təbrikdə deyilir: 

"Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir.

Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər.

Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir.

İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir.

Əziz bacı və qardaşlarım!

Kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ümumqoşun poliqonunda təlim keçirildi - VİDEO 19 İyun 2019, 17:23 UNİCEF: “Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin artması fenomenal uğurdur” 19 İyun 2019, 17:18 Manatın sabahkı məzənnəsi açıqlandı 19 İyun 2019, 17:11 Deputat: “Beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından üstündür” 19 İyun 2019, 17:06 “Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq 19 İyun 2019, 17:03 Ermənistanda 28 yaşlı gənc nazir təyin olundu 19 İyun 2019, 16:56 Əzələ-oynaq ağrılarının SƏBƏBİ - D vitamini çatşmazlığı 19 İyun 2019, 16:50 Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı 19 İyun 2019, 16:46 ADU Fəxri Diploma layiq görüldü   19 İyun 2019, 16:28 İsrailin xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır   19 İyun 2019, 16:17 Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər 19 İyun 2019, 16:08 Artilleriya hərbi hissələrinin komandir toplanışı keçirilib 19 İyun 2019, 16:03 Gözmuncuğu, at nalı… - İnsanların əşyalarla bağlı İNANCLARI 19 İyun 2019, 16:03 Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ 19 İyun 2019, 15:51 185 və 194 nömrəli marşrut xəttində DƏYİŞİKLİK 19 İyun 2019, 15:40 “Azərsu” Bakıda su təchizatını yaxşılaşdırır 19 İyun 2019, 15:31 Malaziya təyyarəsini vurmaqda şübhəli bilinən 4 nəfər axtarışa verildi 19 İyun 2019, 15:28 Ankara ilə Vaşinqtonun S-400 SAVAŞI - Ərdoğan geri addım atmayacaq 19 İyun 2019, 15:16 Deputat silah təmizləyərkən özünü güllələdi 19 İyun 2019, 15:07 Energetika Nazirliyi Yaponiya şirkəti ilə memorandum imzalayıb 19 İyun 2019, 15:04 Hərbi çağırışçılara xəbər var: iyunun 26-dan sonra hara düşdüyünü öyrənəcək 19 İyun 2019, 14:59 Deputat Elşad Həsənov seçicilərini qəbul etdi 19 İyun 2019, 14:50 “Qobu Park”da qaçqınlarla bağlı festival keçirildi   19 İyun 2019, 14:45 Mətbuat Şurası daha bir saytı “qara siyahı”ya saldı 19 İyun 2019, 14:41 “İndi sözüm vaxtilə iqtidarda olanlaradır” - Əli Əhmədovdan müxalifətə İTTİHAM 19 İyun 2019, 14:39 İmzanı Azercell ilə tanıt! 19 İyun 2019, 14:22 Elçibəy ailəsinə verilən eks-prezident müavinəti KƏSİLƏCƏK - EKSKLÜZİV 19 İyun 2019, 14:21 Trampın köməkçisi Elmar Məmədyarovla Qarabağı müzakirə edəcək 19 İyun 2019, 14:16 “University Foundation Center”də buraxılış gecəsi - VİDEO 19 İyun 2019, 14:15 Dünyada qaçqınların sayı 20 ilin rekordunu YENİLƏDİ 19 İyun 2019, 14:00 Separatçı qurumların Gürcüstana qarşı gizli və məkrli planları 19 İyun 2019, 13:58 Sevinc Fətəliyeva: “Özəl sektorda çalışan 350 min vətəndaş…” 19 İyun 2019, 13:53 Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı 19 İyun 2019, 13:49 Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər 19 İyun 2019, 13:16 Karqo şirkətləri qaydalara nə dərəcədə əməl edirlər? 19 İyun 2019, 13:00