Arxiv
20 Avqust 2018, 23:04 | DÜNYA
Dolları lirəyə çevirib ev alana MAŞIN hədiyyə edildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əhalini dollarlarını türk lirəsinə dəyişməyə çağırışından sonra ölkənin bir sıra iş adamlarının başlatdıqları kampaniyalara Yalova bölgəsində inşaat firması da qoşulub. Modern.az xəbər verir ki, virtualaz.org-a istinadən xəbər verir ki, Yalovanın Çiftçiköy qəsəbəsində yaşayan Bünyamin Aytekin adlı iş adamı dollarını lirəyə çevirib ona məxsus firmadan ev alan şəxslərə 80 min TL dəyərində avtomobil hədiyyə edəcəyini vəd edib: “Ölkəmizə iqtisadi təzyiqlər var. Biz də bu təzyiqlərin qarşısında bir vətəndaş kimi öz prezidentimizə, ölkəmizə dəstək olmaq üçün belə bir kampaniya başlatdıq. Gücümüz nəyə çatar deyə fikirləşdik. Hazırda dörd blokdan ibarət binamızın iki bloku artıq tamamlanıb. Kampaniyamız həmin binalarda 5 mənzil üçün keçərlidir. Bu bloklardan 375 min TL dəyərində mənzil alan müştərilərimizə təzə avtomobil hədiyyə oluncaq”.

 

Bu kampaniyaya qoşulmaqda məqsəd isə insanların dollarını mübadilə edərək ölkə iqtisadiyyatına xeyir vermələridir. İş adamı qeyd edib ki, bunda firmalarının da payının olmasından, ölkəyə, prezidentə dəstək verməsindən bir vətəndaş kimi qürur duyur.

 

Kampaniya ilə bağlı ətraflı məlumat verən iş adamı qeyd edib ki, bu kampaniyaya qoşulmaq istəyənlər ən azı 50 min dollar məbləğində pulu lirəyə çevirməlidirlər: “Kampaniyada ən aşağı məbləğ 50 min dollardır. Şübhəsi olan şəxslərə rəsmi müqavilələri göstərə bilərik. Burada məqsəd pul qazanmaq, mənzil satmaq deyil. Firmanın zərərlə çıxması belə bizi qorxutmur”.

 

Şirkət rəhbərinin sözlərinə görə, artıq kampaniya üçün nəzərdə tutulan 5 avtomobil hazırdır və bütün vergiləri ödənilib.

 

Xatırladaq ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra ölkədə bir çox sahibkarlar “yastıq altındakı” dollarların lirəyə dəyişdirilməsini stimullaşdırmaq üçün ən müxtəlif xidmətləri pulsuz təklif etməyə başlayıblar. Bunlara bədən masajı, pulsuz saçkəsmə, kran, avtomobil yuma kimi xidmətlər daxil idi. Hətta kampaniyaya qoşulan şəxslər arasında dollarını dəyişərək qəbzini təqdim edənlərə limitsiz yemək və içki (alkoqolsuz) təklifləri də var idi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hakimlərin maaşı qaldırıldı - SƏRƏNCAM 23 İyul 2019, 18:05 Deputat Musa Qasımlı seçicilərini dinlədi 23 İyul 2019, 17:59 İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək 23 İyul 2019, 17:52 Nazir Elmar Məmmədyarov dövlət katibini qəbul etdi 23 İyul 2019, 17:50 Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir  23 İyul 2019, 17:33 Goranboyun qaz təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 17:25 Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar 23 İyul 2019, 17:14 Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 23 İyul 2019, 17:13 2 güləşçimiz EYOF-da qızıl qazandı 23 İyul 2019, 17:01 Hüseyn Abdullayevin məhkəməsi yekunlaşır - prokuror ona və anasına cəza istəyəcək 23 İyul 2019, 16:49 Ağstafada mərmi tapıldı 23 İyul 2019, 16:43 “Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi 23 İyul 2019, 16:41 Azərbaycan 190 ölkə arasında 9-cu yerdədir 23 İyul 2019, 16:40 Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub 23 İyul 2019, 16:40 Prezident Murad Köhnəqalaya ev hədiyyə etdi 23 İyul 2019, 16:38 Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən saxlanıldı 23 İyul 2019, 16:36 Meşədə narkotik bitki əkən dəstə tutuldu - FOTOLAR 23 İyul 2019, 16:33 Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı 23 İyul 2019, 16:11 Uşaqları oğurlayıb dilənçi edirlər – Keçmiş polis rəisi 23 İyul 2019, 15:59 Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edildi   23 İyul 2019, 15:50 Böyük Britaniyanın yeni baş NAZİRİ 23 İyul 2019, 15:42 “Azərbaycan” kinoteatrı özəlləşdirildi 23 İyul 2019, 15:31 Şirvanın su təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 15:18 21 cinayətin üstü “isti izlər”lə açıldı 23 İyul 2019, 15:14 Beş güləşçimiz EYOF-un finalında   23 İyul 2019, 15:13 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31