Modern.az

Yanğın bir ailəni evsiz qoydu

Yanğın bir ailəni evsiz qoydu

20 Avqust 2018, 23:36

Bərdədə yanğın bir ailəni evsiz qoydu. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin dam örtüyündə başlayıb. Yanğın nəticəsində 2 otağın yanar konstruksiyaları 21 kvadratmetr sahədə və evə bitişik ümumi sahəsi 20 kvadratmetr olan talvar yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı