Modern.az

Bitkoin 6.4 min dollaradək bahalaşıb

Bitkoin 6.4 min dollaradək bahalaşıb

21 Avqust 2018, 00:20

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşıb. Modern.az xəbər verir ki, bitkoin 6,4 min dollara alınıb satılır.

 

"CoinMarketCap" portalının məlumatına görə, bitkoinin qiyməti son sutka ərzində 1,34% artaraq 6,485 min dollar təşkil edib.

 

Alternativ kriptovalyutaların qiyməti də bahalaşıb. Belə ki, "Ethereum" 1,67% və ya 300,02 dollaradək, "Ripple" 4,2% (0,342 dollara qədər), "Bitcoin Cash" isə 2,32% (565,47 dollaradək) bahalaşıb.

 

Kriptovalyuta bazarının kapitallaşması hazırda 211,41 milyard dollar təşkil edir və bunun 52,7% faizi bitkoinin payına düşür.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir