Modern.az

Dənizə düşən qadın 10 saat sağ qaldı

Dənizə düşən qadın 10 saat sağ qaldı

21 Avqust 2018, 00:33

Səyahət gəmisindən Adriatik dənizinə düşən ingilis qadın Key Lonqstaf bütün gecəni mahnı oxuyaraq sağ qalmağı bacarıb. Modern.az Axar.az-a istinadən xəbər verir ki, Xorvatiyadan İtaliyaya səyahət edən qadın sahildən 60 mil aralıda qəfil dənizə düşüb.

 

Bütün gecəni xilasediciləri gözləyən qadın yalnız yerli vaxtla 09:45-də, 10 saat sonra dənizdən çıxarılıb.

 

“Sağ qalmaq üçün bütün gecəni mahnı oxudum və yoqa ilə məşğul oldum. Çox şanslıyam”, - deyə Lonqstaf bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?