Modern.az

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb

21 Avqust 2018, 08:29

Ötən gün İndoneziyanın Lombok adasında baş vermiş iki zəlzələ nəticəsində ölənlərin sayı 506 nəfərə çatıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarəsinin yaydığı məlumatda deyilir. İdarə rəsmisi qeyd edib ki, 431 mindən çox insan evini tərk etmək məcburiyytində qalıb.

Zəlzələ nəticəsində 74 mindən çox evə və infrastruktur obyektinə ziyan dəyib.
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir