Arxiv
21 Avqust 2018, 11:03 | AKTUAL
Babək prospektində 20 gün əvvəl təmir olunmuş yol sökülür - SƏBƏB

2018-ci ilin fevral ayından təmirə bağlanan Babək prospektində tikinti-bərpa işləri davam etdirilir. Diqqətçəkən məqam yolun 20 gün əvvəl istifadəyə verilən hissəsində söküntü işlərinin aparılmasıdır. Belə ki, təmir zamanı ikiyolayırıcı hissənin çıxıntısı əsas yolun az qala yarısını tuturdu. Bu isə nədənsə yol təmir olunandan sonra yada düşüb. Və həmin hissədə asfalt örtük, eyni zamanda işıq dirəyinin ətrafındakı yeni səki daşları sökülüb. Hazırda yolun həmin hissəsi genişləndirlərək, təmir edilir.

 

Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, bu işlər vətəndaşların təhlükəsizliyi baxımından həyata keçirilir:

“Belə ki, şəhər şəraitində, hərəkət intensivliyinin çox olduğu şəraitdə həmin hissələrdə olan çıxıntılar təhlükəsizliyi tam təmin edə bilmədiyi üçün daha da təkmilləşdirilərək təhlükəsiz hala gətirilir. İşlər əlavə vəsait xərclənmədən icra olunur”.

 

Qurum rəsmisi təmir edilmiş hissənin sökülməsini və yolun yenidən genişləndirilməsini belə izah edib:

“Təmirdən sonra aparılan araşdırmalarda yolun çıxıntısız vəziyyətdə daha təhlükəsiz olacağı qənaətinə gəlinib”.

 

A.Nəcəfli eyni zamanda bildirib ki, Babək prospektinin 6 kilometrlik hissəsində işlər yekunlaşıb:

“Ümumilikdə yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, prospekt boyunca qaz xətləri, təqribən istismar müddəti bitmiş 20 km uzunluğunda müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənir.  

 

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənir.

 

Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunur və 15 200 kv.m sahədə yeniləri tikilir, mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradır. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilir. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-metr uzunluğunda yeni səki daşları düzülür.

Yolun hərəkət hissəsi bərpa olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Belə ki, prospektin 323 609 kv.m sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

 

Həmçinin prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi “cib”li hissələr tikilir,  avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılır.

 

Tikinti layihəsi çərçivəsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr, həmçinin yolun işıqlandırılması üçün yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Babək prospektində müasir yol infrastrukturunun yaradılması paytaxt Bakının nəqliyyat yükünün azaldılmasında əhəmiyyətli dərəcədə təsir etmiş olacaq. Ümumilikdə yenidənqurma işlərinin cari ilin sentyabr-oktyabr aylarında yekunlaşdırılması nəzərdə tutulub”.

 

Qeyd edək ki, Prezident İlham Əliyev imzaladığı sərəncamla Babək prospektinin yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xanlar Vəliyev: “Azərbaycanda hərbi cinayətlərin sayı azalıb” 19 İyul 2019, 13:57 Dünyada hər saat 40 nəfər suda boğulur - DƏHŞƏTLİ STATİSTİKA 19 İyul 2019, 13:54 Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub 19 İyul 2019, 13:47 Deputat Eldar Quliyev təltif etdi 19 İyul 2019, 13:40 “Musiqi Almaniya və Azərbaycan arasında gözəl bir diplomatiya növüdür” – Fəxri konsul   19 İyul 2019, 13:37 İlahiyyat İnstitutu məzunlar üçün “Məlumat bazası” yaradır 19 İyul 2019, 13:29 Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başladı 19 İyul 2019, 13:22 Jurnalistlər üçün tikilən 3-cü bina gələn il təhvil verilə bilər 19 İyul 2019, 13:18 Sabahın hava PROQNOZU 19 İyul 2019, 13:14 Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlandı 19 İyul 2019, 13:12 Azərbaycan mətbuatında neqativ hallar var - Prezident Administrasiyası 19 İyul 2019, 13:08 “İnstagram”da tanış olub Bakıda oğurluq etdilər - FOTOLAR 19 İyul 2019, 13:05 Moskva-Yerevan reysində insident: 2 nəfər xəstəxanaya düşdü 19 İyul 2019, 12:48 İspan idmançılar Atletlər kəndinə yerləşdirildi 19 İyul 2019, 12:45 Mingəçevirdə avtoxuliqanlıq edən sürücü saxlanıldı 19 İyul 2019, 12:36 XİN Kamal Abdullanı təltif etdi 19 İyul 2019, 12:23 Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır 19 İyul 2019, 12:19 Rəsmi Bakı Yaponiyaya başsağlığı verdi 19 İyul 2019, 12:05 Qazi ola bilməyən qazılar 19 İyul 2019, 11:50 Qənirə Paşayeva baş nazirlə nələrdən danışdı?  19 İyul 2019, 11:41 23 nəfəri gün vurub 19 İyul 2019, 11:37 Dünyanı heyrətə salan “qardaşlıq ölkəsi” - Azərbaycanın tolerantlıq modeli 19 İyul 2019, 11:35 İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdi 19 İyul 2019, 11:34 “UNEC-dən dünyaya”: “Zamanı idarə etmək tələbənin əlindədir” 19 İyul 2019, 11:31 “Azərbaycandan getmək fikrində deyiləm” - Hacı İbrahimdən AÇIQLAMA 19 İyul 2019, 11:30 Ermənistanda oğul anasını öldürdü, atasını yaraladı 19 İyul 2019, 11:27 Bakı metrosu gücləndirilmiş rejimə keçir 19 İyul 2019, 11:23 Vergilər Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ: “Şəffaflıq qanedici deyil” 19 İyul 2019, 11:15 Daxili İşlər Nazirliyi işçi axtarır - ELAN 19 İyul 2019, 11:09 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı 19 İyul 2019, 10:49 Tovuzda orta məktəb müəllimi hündürlükdən yıxılıb öldü 19 İyul 2019, 10:46 Nikahdankənar doğulan uşaqlara da aliment - dövlət rüsumu isə çoxdur 19 İyul 2019, 10:37 Səhiyyə naziri əmr imzaladı – 41 təcili yardım briqadası, 270 tibb işçisi ayrıldı 19 İyul 2019, 10:22 Azərbaycanda yeni internet televiziya yaradılıb 19 İyul 2019, 10:16 Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırıldı 19 İyul 2019, 09:59