Modern.az

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

21 Avqust 2018, 11:45

Paytaxt Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində işlər aparılır.

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Bakı şəhərində yeni taksi dayanacaqları üçün yerlər müəyyən edilir:

“Yeni taksi dayanacaqlarının müəyyənləşdirilməsi nəzərdə tutulub. İstəyirik taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın".

Hazırda Bakıda təqribən 180 taksi dayancağı var. Təhlillərlə hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır".

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi