Modern.az

“Taliban” 160 girovu azadlığa buraxdı

“Taliban” 160 girovu azadlığa buraxdı

21 Avqust 2018, 12:37

Əfqanıstan hökumətinin məlumatına əsasən, ölkənin təhlükəsizlik qüvvələri “Taliban” hərəkatı döyüşçülərinin girov götürdüyü 3 avtobusun sərnişinlərindən ibarət 160 dinc sakinin azad edilməsinə nail olub.

Modern.az xarici KİV-ə istinadən istinadən xəbər verir ki, bununla yanaşı, Əfqanıstan ordusunun 20 əməkdaşı taliblərin əsirliyində qalıb.

Xatırladaq ki, avqustun 20-də silahlılar Əfqanıstanın şimalında, Qunduz əyalətinin Xan Abad rayonunda 3 avtobusu ələ keçirmişdi. Hadisənin ardından “Taliban” hərəkatının nümayəndələri avtobusdakı dinc sakinlərin azad ediləcəyini, sərnişinlərin arasında olan hərbçilərin isə əsir saxlanılacağını bildirmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir