Arxiv
21 Avqust 2018, 12:51 | AKTUAL
Banka borcu olan İran vətəndaşı Azərbaycandan qaçarkən sərhəddə saxlanıldı - FOTOLAR

Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayə­sində “Şəmkir” sərhəd dəstə­sinin xidməti ərazisində külli miqdarda pi­ro­texniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qar­şısı alınıb, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Azər­baycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər şəxs saxlanılıb.

 

DSX-nın Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, avqustun 15-də Gürcüstanla dövlət sərhədində Ehram çayı­nın axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy rəngdə çəllək aşkar olunub. Çəlləklərə baxış keçirilən zaman 14 ədəd “XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd “Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd “X-nova”, 10 ədəd “Ku Fly”, 20 ədəd “Etel”, 10 ədəd “Odsen-6700”, 10 ədəd “Kgtell” markalı mobil telefon qutuları aş­kar olunub.

 

Avqustun 18-də Göytəpə sərhəd dəstəsinin xidməti əra­zisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zas­tavasının xidməti ərazisində Azərbaycandan İran İslam Res­publikası istiqamətində nəzarət iz zolağında 1 nəfərə məxsus iz aşkar olunub və dərhal keçirilən sərhəd axtarışı əməliy­yatı nəti­cəsində 1 nəfər sərhəd pozucusu qismində saxlanılıb. 

Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətən­da­şı, Təbriz şəhər sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Mə­həmməd ol­ması, bu ilin fevral ayında Culfa SNM-dən qanuni yolla Azər­bay­cana gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qur­ma­sı, “Access Bank”a borclu olduğu üçün ölkədən çıxışına qa­da­ğa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum ol­ub. 

 

Sərhəd pozucusunun üzərində Azər­bay­can­da yaşa­maq üçün bir illik icazə vəsiqəsi, 1 ədəd “Samsunq” markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İran realı, 58 manat, İrana məxsusu müxtəlif 6 ədəd, Azərbaycana məxsus plastik kart aşkar olunub.

Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada erməni saytı ilə bağlı təhqiqata başlanıl   19 İyul 2019, 14:33 İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdi - YENİLƏNİB 19 İyul 2019, 14:30 Hesablama Palatası Sumqayıt Regional İdarəsində nöqsanlar aşkarladı 19 İyul 2019, 14:28 Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr üçün sponsor axtarırılır 19 İyul 2019, 14:23 Mir Şahinin açıq dərsi 19 İyul 2019, 14:22 Susmayan iki səs, yaxud soydaş sevdalılar 19 İyul 2019, 14:22 Bərdə xəstəxanasında qanun pozuntusu – RƏSMİ 19 İyul 2019, 14:19 Xəzərdə batmaq təhlükəsi olan iki nəfər xilas edildi 19 İyul 2019, 14:16 Azərbaycanda hərbi cinayətlərin sayı azalıb 19 İyul 2019, 13:57 Dünyada hər saat 40 nəfər suda boğulur - DƏHŞƏTLİ STATİSTİKA 19 İyul 2019, 13:54 Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub 19 İyul 2019, 13:47 Deputat Eldar Quliyev təltif etdi 19 İyul 2019, 13:40 “Musiqi Almaniya və Azərbaycan arasında gözəl bir diplomatiya növüdür” – Fəxri konsul   19 İyul 2019, 13:37 İlahiyyat İnstitutu məzunlar üçün “Məlumat bazası” yaradır 19 İyul 2019, 13:29 Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başladı 19 İyul 2019, 13:22 Jurnalistlər üçün tikilən 3-cü bina gələn il təhvil verilə bilər 19 İyul 2019, 13:18 Sabahın hava PROQNOZU 19 İyul 2019, 13:14 Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlandı 19 İyul 2019, 13:12 Azərbaycan mətbuatında neqativ hallar var - Prezident Administrasiyası 19 İyul 2019, 13:08 “İnstagram”da tanış olub Bakıda oğurluq etdilər - FOTOLAR 19 İyul 2019, 13:05 Moskva-Yerevan reysində insident: 2 nəfər xəstəxanaya düşdü 19 İyul 2019, 12:48 İspan idmançılar Atletlər kəndinə yerləşdirildi 19 İyul 2019, 12:45 Mingəçevirdə avtoxuliqanlıq edən sürücü saxlanıldı 19 İyul 2019, 12:36 XİN Kamal Abdullanı təltif etdi 19 İyul 2019, 12:23 Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır 19 İyul 2019, 12:19 Rəsmi Bakı Yaponiyaya başsağlığı verdi 19 İyul 2019, 12:05 Qazi ola bilməyən qazılar 19 İyul 2019, 11:50 Qənirə Paşayeva baş nazirlə nələrdən danışdı?  19 İyul 2019, 11:41 23 nəfəri gün vurub 19 İyul 2019, 11:37 Dünyanı heyrətə salan “qardaşlıq ölkəsi” - Azərbaycanın tolerantlıq modeli 19 İyul 2019, 11:35 “UNEC-dən dünyaya”: “Zamanı idarə etmək tələbənin əlindədir” 19 İyul 2019, 11:31 “Azərbaycandan getmək fikrində deyiləm” - Hacı İbrahimdən AÇIQLAMA 19 İyul 2019, 11:30 Ermənistanda oğul anasını öldürdü, atasını yaraladı 19 İyul 2019, 11:27 Bakı metrosu gücləndirilmiş rejimə keçir 19 İyul 2019, 11:23 Vergilər Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ: “Şəffaflıq qanedici deyil” 19 İyul 2019, 11:15