Modern.az

Sarkisyanın qardaşı oğlu beynəlxalq axtarışa verildi

Sarkisyanın qardaşı oğlu beynəlxalq axtarışa verildi

Aktual

21 Avqust 2018, 13:42

Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş prezident Serj Sarkisyanın klanının təqibini davam etdirir.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan beynəlxalq axtarışa verilib.

“Narek Sarkisyan beynəlxalq axtarışa verilib. Biz onun tutulması üçün xarici həmkarlarımızla əməkdaşlığı davam etdiririk” – Ermənistanın polis rəisi Valeri Osipyan bildirib.

Qeyd edək ki, Narek Sarkisyan və onun mühafizəçisi iyulun 5-də daxili axtarışa verilib. O və mühafizəçisi Sarkisyanın evində axtarışlar zamanı narkotik və silah tapılmasından sonra axtarışa verilib. Bundan əlavə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Narekin yaxın dostundan içində bir silah və narkotiklə dolu bir çamadan aşkarlayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü