Arxiv
21 Avqust 2018, 13:48 | HADİSƏ
Cəbrayılın İŞĞALI: “Mafiyanın əli ilə onu ordudan uzaqlaşdırdılar” – Keçmiş döyüşçü DANIŞIR  

Bir neçə gündən sonra  Cəbrayılın  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 25-cü ili tamam olacaq. Belə ki, rayon 1993-cü ilin 23 avqustunda  işğal olunub.

 

Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

 

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.

 

Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

 

Modern.az saytı  Cəbrayılın növbəti işğal günündə keçmiş döyüşçü ilə danışıb.

 

Vaxtilə Cəbrayılda rabitə xidmətinin rəisi olmuş, keçmiş döyüşçü Nağı İmaməliyev Cəbrayılın işğalını belə xatırlayır.

 

“Hamı ümidlə döyüşürdü”

 

“İlk vaxtlarda Cəbrayılı çox yaxşı müdafiə edirdik. 13 kəndi boşaltmışdıq. Hər şey çox yaxşı idi. Amma vaxt keçdikcə hər şey dəyişdi. Müdafiə sistemi bərbad idi. Elə bil bir üsyan idi, xalqımızın başı üzərində dolaşırdı. 1991-ci ildə ordu yaransa da, tam deyildi. 70 km ərazi bir qoşuna həvalə olunmuşdu. Əvvəl vaxtlarda silahlarımız vardı. Amma vaxt  keçdikcə  silahlarımız tükənməyə başladı. O vaxtlar hərbi  komissarlığın rəisi Nurulla Babayev idi. O, ordu hissələrinə nəzarət edirdi. Nurulla müəllim Əfqanıstanda da olmuşdu. Çox yaxşı döyüşçü idi. Orduda təşkilatçılığı çox yaxşı bacarırdı. Sonradan sanki mafiyanın əli ilə onu ordudan uzaqlaşdırdılar. Onu da deyim ki, könüllülərdən ibarət batalyonda hamı qələbəyə ümidlə döyüşürdü. Ailəmin Cəbrayılı nə vaxt tərk etmələrini belə bilməmişəm”

 

“Hər kəs evində oturub müharibənin bitməsini gözləyirdi”

 

Keçmiş döyüşçü deyir ki, insanlar rayonu tərk etmək barədə düşünmürdü.

“Cəbrayıla qədər bir çox rayonlarımız işğal olunmuşdu. Dəhşətli Xocalı faciəsi törədilmişdi. Təbii ki, cəbrayıllılar həmin vaxtlarda qorxu keçirtmişdi. Amma bir neçə aydan sonra hamı həyatın axarına qoşulub yaşayırdı. Avqust ayında Cəbrayıl işğal olunsa da, insanlar son gününə qədər bunu qəbul etməyiblər. Hər kəs öz həyət-bacasında, evində müharibənin bitməsini gözləyirdi. Heç kəs rayonu qoyub qaçmaq barədə düşünmürdü”.

 

“Biz Cəbrayıla qayıtmaq istəyirik”

 

Nağı İmaməliyevin sözlərinə görə, Cəbrayılsız yaşamaq çox çətindir.

Cəbrayılın işğalına gedən yol avqustun 15-dən başladı. Həmin gün Daşbaşı kəndi işğal olundu. Elə 3 saat sonra erməni təxribatının qarşısını yerindəcə aldıq və kəndi geri qaytardıq. Kəndin geri alınması zamanı 22 şəhid verdik. Cəbrayılla postları arasında 5-10 km məsafə vardı. İlk atılan QRAD mənim evimə düşüb. Ermənilərə qarşı döyüşlərdə Azərbaycanın hər bir bölgəsindən adamlar vardı. Quba, Gəncə, Saatlı və digər bölgədən könüllülər bizə qoşulmuşdu. Sadəcə avqustun 18-dən sonra vəziyyət dəyişdi. Döyüşçülərin çoxu ailəsinə görə narahat olurdu. Bir tərəfdən də silah-sursat verilməsi ləngidi. Avtomat silahlar vardı. Amma ağır artilleriya yox idi. Təsəvvür edin artilleriya, top mərmiləri qurtarıb. Axşam məlumat gəldi ki, dəmiryol stansiyasına çıxın, sizə iki vaqon silah gəlib. Mən də stansiyaya getdim. 3 gün orda qaldıq, amma silah gəlmədi.

Dünya cənnət olsa da, Cəbrayıl elə Cəbrayıldır. 25 ildir ki, Cəbrayılsız yaşayırıq. Buna yaşamaq demək olmaz. Biz Cəbrayıla qayıtmaq istəyirik. Arada ümid də ölür. O qədər insanlar torpaq, vətən deyə-deyə dünyadan köçür ki!... Eyni taleyi yaşayacağımdan qorxuram. Ümid bir ona qalır ki, biz özümüz o torpaqlara sarı getməliyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar 23 İyul 2019, 17:14 Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 23 İyul 2019, 17:13 2 güləşçimiz EYOF-da qızıl qazandı 23 İyul 2019, 17:01 Hüseyn Abdullayevin məhkəməsi yekunlaşır - prokuror ona və anasına cəza istəyəcək 23 İyul 2019, 16:49 Ağstafada mərmi tapıldı 23 İyul 2019, 16:43 “Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi 23 İyul 2019, 16:41 Azərbaycan 190 ölkə arasında 9-cu yerdədir 23 İyul 2019, 16:40 Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub 23 İyul 2019, 16:40 Prezident Murad Köhnəqalaya ev hədiyyə etdi 23 İyul 2019, 16:38 Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən saxlanıldı 23 İyul 2019, 16:36 Meşədə narkotik bitki əkən dəstə tutuldu - FOTOLAR 23 İyul 2019, 16:33 Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı 23 İyul 2019, 16:11 Uşaqları oğurlayıb dilənçi edirlər – Keçmiş polis rəisi 23 İyul 2019, 15:59 Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edildi   23 İyul 2019, 15:50 Böyük Britaniyanın yeni baş NAZİRİ 23 İyul 2019, 15:42 “Azərbaycan” kinoteatrı özəlləşdirildi 23 İyul 2019, 15:31 Şirvanın su təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 15:18 21 cinayətin üstü “isti izlər”lə açıldı 23 İyul 2019, 15:14 Beş güləşçimiz EYOF-un finalında   23 İyul 2019, 15:13 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31 “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları 23 İyul 2019, 13:26 Hərracda manatın məzənnəsi müəyyənləşdi 23 İyul 2019, 13:15 10000 manatlıq gömrük ödənişindən yayınmaq istədilər  - FOTOLAR 23 İyul 2019, 13:06 Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - yekun planlaşdırma keçirildi 23 İyul 2019, 13:02 Avtovağzalın məlumat mərkəzi yenilənir 23 İyul 2019, 12:59 “Contra Magazin”: Azərbaycan ABŞ qoşunlarının İrana keçidinə icazə verməz   23 İyul 2019, 12:59