Modern.az

Hadi Rəcəbli tələbə və şagirdlərlə görüşdü

Hadi Rəcəbli tələbə və şagirdlərlə görüşdü

21 Avqust 2018, 15:01

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda  hərbi-vətənpərvərlik düşərgəsində olan tələbə və şagirdlərlə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə Heydər Əliyev və azərbaycançılıq idealogiyası, Azərbaycanda  gənclər siyasəti, şagirdlərdə peşə yönümü, informasiya təhlükəsizliyi və digər mövzularda mühazirələr oxuyub.

Ümummilli lider Heydər Əliyevin ölkənin ən ağır günlərində xalqının, millətinin yanında olması ən yüksək vətənpərlik nümunəsi, müasir düşüncəli gənclərdə də bu kimi vətənpərvərlik keyfiyyətlərinin formalaşdırılmasının nümunəsi olduğu xüsusilə qeyd olunub. Polemikada iştirak edənlərlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb. 

Sonda görüş iştirakçıları Millət Vəkili ilə xatirə şəkli çəkdiriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər