Modern.az

Hüquq müdafiəçisi olan qadının başını kəsdilər

Hüquq müdafiəçisi olan qadının başını kəsdilər

21 Avqust 2018, 21:36

Səudiyyə Ərəbistanında hüquq müdafiəçisi olan qadını edam ediblər. Modern.az xəbər verir ki, “Daily Mail” nəşrinin məlumata görə, 29 yaşlı İsra Əl-Homqam hökumət əleyhinə etirazlarda iştirakına görə ölüm hökmünə məhkum edilib.

 

Qadın Katif şəhərində keçirilən nümayişdə iştirak etdikdən sonra həbs olunub. Son illərdə İsra Əl-Homqam Səudiyyə Ərəbistanından ölüm cəzası alan ilk qadındır.

 

Məhkəmənin qərarı ilə avqustun 20-də İsra Əl-Homqamın başı kəsilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi