Modern.az

Azərbaycan filmi xaricdə növbəti kuboku qazandı

Azərbaycan filmi xaricdə növbəti kuboku qazandı

21 Avqust 2018, 23:46

Azərbaycanda istehsal olunmuş "Şollerin arxivi" bədii filmi  Hindistanda keçirilən Lake City İnternational Film Festival-da "Ən Yaxşı Film" kateqoriyasının qalibi olub və birinci yerə çıxaraq kubok qazanıb. 

Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov  məlumat verib. O, bildirib ki, Lake City İnternational Film Festival-ın satış üzrə distribüterləri filmin Hindistan bazarına çıxarılmasını təklif ediblər.


Qeyd edək ki, “Şollerin arxivi” bədii filmi beynəlxalq festivallarda uğurlarını ard-arda düzməkdə davam edir.

"Şollerin arxivi" filmi İngiltərənin 27-ci Çiçester festivalında finala yüksəlib. 

C.Qasımovun sözlərinə görə, "Şollerin arxivi" filmi “Social Machinery Film Festival-da da final mərhələsindədir və bu yaxınlarda da nəticələr əldə olunacaq.

Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. 

“Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azər­baycan-Alma­niya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb və 135 festivala təqdim olunub. İlin sonuna qədər beynəlxalq festivallarda nümayiş olunacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi