Arxiv
21 Avqust 2018, 23:55 | AKTUAL
Almaniya “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında maraqlıdır  

Almaniya Azərbaycanın "Şahdəniz" yatağından Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafında maraqlıdır. Modern.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Federal Kansler Angela Merkelin Cənubi Qafqaz ölkələrinə - Azərbaycan, Gürcüstan və Ermənistana səfəri ərəfəsində Almaniya hökumətinin nümayəndəsi bildirib.

 

O qeyd edib: "Biz Türkiyə vasitəsilə Avropaya Xəzər qazının nəqlini təmin edəcək alternativ qaz kəmərlərinin inşasında maraqlıyıq. Bizim "Cənub Qaz Dəhlizi"nin gələcək inkişafında böyük marağımız var".

 

Hökumət nümayəndəsinin sözlərinə görə, Avropa qaz şəbəkələrinin TANAP və TAP boru kəmərlərinə qoşulması Avropa İttifaqının diversifikasiya üzrə strategiyasının bir hissəsidir:

 

"Azərbaycan qlobal enerji təchizatı üçün yüksək geosiyasi əhəmiyyəti olan ölkədir. Lakin Berlin başqa ölkələrdən də (Türkmənistan, İran və İraq) təbii qaz idxalı üçün açıqdır".

 

Qeyd edək ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim baş tutub.

 

"Cənub Qaz Dəhlizi"nə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.

 

Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.

 

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

 

"Cənub Qaz Dəhlizi"nin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Manatın sabahkı məzənnəsi açıqlandı 19 İyun 2019, 17:11 Deputat: “Beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından üstündür” 19 İyun 2019, 17:06 “Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq 19 İyun 2019, 17:03 Ermənistanda 28 yaşlı gənc nazir təyin olundu 19 İyun 2019, 16:56 Əzələ-oynaq ağrılarının SƏBƏBİ - D vitamini çatşmazlığı 19 İyun 2019, 16:50 Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı 19 İyun 2019, 16:46 ADU Fəxri Diploma layiq görüldü   19 İyun 2019, 16:28 Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər 19 İyun 2019, 16:08 Artilleriya hərbi hissələrinin komandir toplanışı keçirilib 19 İyun 2019, 16:03 Gözmuncuğu, at nalı… - İnsanların əşyalarla bağlı İNANCLARI 19 İyun 2019, 16:03 Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ 19 İyun 2019, 15:51 185 və 194 nömrəli marşrut xəttində DƏYİŞİKLİK 19 İyun 2019, 15:40 “Azərsu” Bakıda su təchizatını yaxşılaşdırır 19 İyun 2019, 15:31 Malaziya təyyarəsini vurmaqda şübhəli bilinən 4 nəfər axtarışa verildi 19 İyun 2019, 15:28 Ankara ilə Vaşinqtonun S-400 SAVAŞI - Ərdoğan geri addım atmayacaq 19 İyun 2019, 15:16 Deputat silah təmizləyərkən özünü güllələdi 19 İyun 2019, 15:07 Energetika Nazirliyi Yaponiya şirkəti ilə memorandum imzalayıb 19 İyun 2019, 15:04 Hərbi çağırışçılara xəbər var: iyunun 26-dan sonra hara düşdüyünü öyrənəcək 19 İyun 2019, 14:59 Deputat Elşad Həsənov seçicilərini qəbul etdi 19 İyun 2019, 14:50 “Qobu Park”da qaçqınlarla bağlı festival keçirildi   19 İyun 2019, 14:45 Mətbuat Şurası daha bir saytı “qara siyahı”ya saldı 19 İyun 2019, 14:41 “İndi sözüm vaxtilə iqtidarda olanlaradır” - Əli Əhmədovdan müxalifətə İTTİHAM 19 İyun 2019, 14:39 İmzanı Azercell ilə tanıt! 19 İyun 2019, 14:22 Elçibəy ailəsinə verilən eks-prezident müavinəti KƏSİLƏCƏK - EKSKLÜZİV 19 İyun 2019, 14:21 Trampın köməkçisi Elmar Məmədyarovla Qarabağı müzakirə edəcək 19 İyun 2019, 14:16 “University Foundation Center”də buraxılış gecəsi - VİDEO 19 İyun 2019, 14:15 Dünyada qaçqınların sayı 20 ilin rekordunu YENİLƏDİ 19 İyun 2019, 14:00 Separatçı qurumların Gürcüstana qarşı gizli və məkrli planları 19 İyun 2019, 13:58 Sevinc Fətəliyeva: “Özəl sektorda çalışan 350 min vətəndaş…” 19 İyun 2019, 13:53 Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı 19 İyun 2019, 13:49 Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər 19 İyun 2019, 13:16 Karqo şirkətləri qaydalara nə dərəcədə əməl edirlər? 19 İyun 2019, 13:00 Sabah 38 dərəcə isti olacaq, külək əsəcək - HAVA PROQNOZU 19 İyun 2019, 12:55 Niyazi Bayramov sakinləri dinləyib 19 İyun 2019, 12:45 Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti yaxşılaşacaq” 19 İyun 2019, 12:45