Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən mehmanxanada yanğın baş verib. Hadisə zamanı otelin yataq otağında yanar konstruksiyalar 40 kv.m. sahədə yanıb. 5 nəfər Ukrayna vətəndaşı yanğınsöndürənlər tərəfindən xilas olunub, mehmanxananın qalan hissəsi və mehmanxananın yanında yerləşən səfirliyin binası yanğından mühafizə olunub.