Arxiv
24 Avqust 2018, 14:19 | AKTUAL
Diaspor Gənclərinin I Yay düşərgəsinin açılışı olub - FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Diaspor Gənclərinin 1 Yay düşərgəsi"nin rəsmi açılış mərasimi keçirilib.


Modern.az  xəbər verir ki, mərasim Azərbaycanın dilbər guşələrindən olan Şəki şəhərindəki Marxal Yaşıl teatrında baş tutub.

Açılış mərasimindən əvvəl düşərgə iştirakçıları ulu öndər Heydər Əliyevin Şəki şəhərindəki abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.


Düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə 37 ölkədən 140 diaspor gənci iştirak edir. Açılış mərasimi Dövlət Himninin səslənməsi ilə başlayıb.


Mərasimdə rəsmi şəxslər, millət vəkilləri və ictimai təşkilatların təmsilçiləri iştirak ediblər. Mərasim mədəni proqramla davam edib.

"Diaspor Gənclərinin 1 Yay düşərgəsi" boyunca diaspor gəncləri üçün peşəkar mütəxəssislərin iştirakı ilə "Mənim dilim" təlimi təşkil ediləcək, "Vətəni tanı" adı altında viktorina və yarışlar keçiriləcək. Düşərgədə gənclər siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, mədəni maarifçilik irsi, idman, diaspor mövzusu mediada və.s kimi mövzularda ekspertlərin iştirakı ilə müzakirələr təşkil ediləcək.

Qeyd edək ki, düşərgədə və Aprel qaziləri və Xocalıda hər iki valideynini itirmiş soydaşlarımızla görüşlər də keçirilib.

Düşərgə iştirakçıları Şəki şəhərinin tarixi mədəni abidələrini ziyarət edib, ətraf rayonların görməli yerləri ilə tanış olublar.


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev düşərgədəki gənclərlə görüşüb.

 

Komitə sədri diaspor gənclərini salamlayıb, düşərgədə iştirak etdikləri üçün onlara təşəkkür edib, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasəti barədə məlumat verib. Bununla yanaşı ölkənin inkişafı, diaspor hərəkatının güclənməsi, Azərbaycan diasporunun yol xəritəsi, gənclərin bu sahədə rolu və xüsusilə xaricdə yaşayan soydaşlarımızın diaspor fəaliyyətinə verəcəyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb.


Millət vəkili Ülvi Quliyev gənclər hərəkatının güclənməsi, gənclərin sağlam inkişafı və diasporumuzun güclənməsində gənclərin rolu barədə danışıb.


Daha sonra qonaqlar diaspor gənclərinin suallarına cavab veriblər. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat Musa Qasımlı seçicilərini dinlədi 23 İyul 2019, 17:59 İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək 23 İyul 2019, 17:52 Nazir Elmar Məmmədyarov dövlət katibini qəbul etdi 23 İyul 2019, 17:50 Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir  23 İyul 2019, 17:33 Goranboyun qaz təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 17:25 Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar 23 İyul 2019, 17:14 Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 23 İyul 2019, 17:13 2 güləşçimiz EYOF-da qızıl qazandı 23 İyul 2019, 17:01 Hüseyn Abdullayevin məhkəməsi yekunlaşır - prokuror ona və anasına cəza istəyəcək 23 İyul 2019, 16:49 Ağstafada mərmi tapıldı 23 İyul 2019, 16:43 “Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi 23 İyul 2019, 16:41 Azərbaycan 190 ölkə arasında 9-cu yerdədir 23 İyul 2019, 16:40 Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub 23 İyul 2019, 16:40 Prezident Murad Köhnəqalaya ev hədiyyə etdi 23 İyul 2019, 16:38 Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən saxlanıldı 23 İyul 2019, 16:36 Meşədə narkotik bitki əkən dəstə tutuldu - FOTOLAR 23 İyul 2019, 16:33 Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı 23 İyul 2019, 16:11 Uşaqları oğurlayıb dilənçi edirlər – Keçmiş polis rəisi 23 İyul 2019, 15:59 Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edildi   23 İyul 2019, 15:50 Böyük Britaniyanın yeni baş NAZİRİ 23 İyul 2019, 15:42 “Azərbaycan” kinoteatrı özəlləşdirildi 23 İyul 2019, 15:31 Şirvanın su təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 15:18 21 cinayətin üstü “isti izlər”lə açıldı 23 İyul 2019, 15:14 Beş güləşçimiz EYOF-un finalında   23 İyul 2019, 15:13 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31 “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları 23 İyul 2019, 13:26