Modern.az

Gürcüstanda Merkelə Almaniyada yoxa çıxmış rəsm əsəri hədiyyə edildi  

Gürcüstanda Merkelə Almaniyada yoxa çıxmış rəsm əsəri hədiyyə edildi  

Aktual

24 Avqust 2018, 15:16

Gürcüstan baş naziri Mamuka Baxtadze Almaniya kansleri Angela Merkelə gözlənilməz hədiyyə edib.

Modern.az xəbər verir ki, Baxtadze Almaniya kansleri ilə vida yeməyi zamanı musiqi sədaları altında 17-ci əsrə aid rəsm əsərini hədiyyə edib.

Bu barədə Almaniya kanslerinin rəsmi Instaqram səhifəsində göstərilib.

“Federal kanslerlə yemək zamanı Gürcüstan baş naziri Mamuka Baxtadze gözlənilmədən kansler Merkelə 17-ci əsrə aid rəsm əsərini hədiyyə edib. Bu şəkil 1945-ci ildə müharibə bitdikdən sonra Drezden muzeyindən yoxa çıxmış, daha sonra SSRİ-də, ən sonda isə Gürcüstanda meydana çıxmışdır”  - səhifədə yazılıb.

Qeyd edək ki, hazırda Almaniya kansleri Angela Merkel Ermənistanda baş nazir Nikol Paşinyanla görüş keçirir. Bundan sonra onun Azərbaycana gəlişi planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?