Arxiv
25 Avqust 2018, 22:14 | ƏDƏBİYYAT
Aslan Aslanov kim idi?   

Etibar Hüseynov

Bu yazını qananlar üçün yazıram; qanmazlar oxumasa da olar. Cəmiyyətdə icra başçısı, polis rəisi, deputat adına bir antipatiya olduğunu mən də bilirəm. Amma neyləməli ki, bir çox hallarda qurunun oduna yaş da yanır.

***

Hamıya məlumdur ki, mətbuta çıxış imkanlarım həmişə yüksək olub. Amma buna baxmayaraq mən heç vaxt Aslan Aslanovun barəsində müsbət bir yazı yazmamışam. Düzü buna nə mənim həvəsim olub, nə də ki, özü istəyib. Onun vaxtsız vəfatıyla bağlı bir çox "insanlıqdan uzaq"ların sosial şəbəkədə yazdığı rəyləri oxuduqdan sonra isə bu sətirləri paylaşmağı özümə borc bildim. Onun haqda uzun-uzadı çox yazmaq olar. Amma mən bacardıqca lakonik olacam. Ona görə də bu yazını diqqətlə oxuyun: çünki sonunda bir sualım olacaq. 

****

Kim idi Aslan Aslanov? 

İlk növbədə 93-cü ilin qanlı-qadalı vaxtlarında Heydər Əliyevin 32 yaşında ikəmn timad göstərib Şəmkir kimi rayona icra başçısı təyin elədiyi şəxs.
Yadınızda olar: həmin illərdə artıq gürcü millətçiləri və erməni şovunistlərinin aramsız təxribatları nəticəsində Borçalıdan üzü Bakıya ikinci qaçqın dalğası başlamışdı. Bu çətin missiyanın qarşısını almağı isə o vaxt Ulu öndər məhz Aslan Aslanova tapşırdı. Məlumat üçün bildirim ki, bu o vaxtlar idi ki, qulağımızın dibində olan Gürcüstanda səfirliyimiz belə yox idi.


***

Bu ekstremal vəziyyətdə soydaşlarımızla saysız-hesabsız görüşlər, daşınan yardımlar gürcüstanlı azərbaycanlılarda özünə və sabaha inam yaratdı. İnsanlara çatdırıldı ki, artıq Azərbaycanda hakimiyyətə ilk çətinlikdəcə, gecəylə təyyarəyə minib xalqını meydanda yalqız, kimsəsiz qoyub qaçan qorxaqlar deyil,  Heydər Əliyev kimi dahi şəxsiyyət gəlib. Və bu da insanlarda ölmüş mənəvi ruhun yenədən dirçəlməsinə stimul verdi. Köçün qarşısı alındı. Ancaq missiya bunula bitmədi.



***

Məktəblər və məscidlər təmir olundu (yeniləri açıldı). Tiflisdə Fətəli Xan Xoyskinin, Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin uzun illərdən bəri yiyəsiz qalmış, itib-batmış qəbirləri təmir olundu, abadlaşdırıldı. Nəriman Nərimanovun az qala tamamilə dağıdılmış ev muzeyi yenidən təmir olundu. Tiflisdə erməni teatrı işləsə də, Azərbaycan Dram Teatrı fəaliyyətini çoxdan dayandırmışdı. Hətta teatrın binası belə artıq başqaları tərəfindən mənimsənilmişdi. Bina geri alındı, teatra ikinci nəfəs verildi. Tiflisin mərkəzi küçələrindən birində "Azərbaycan Mətbəxi" restoranı fəaliyyətə başladı.Və bütün bunları Aslan Aslanov etdi.

***

Təbii ki, bütün bunların həyata keçirilməsində Heydər Əliyev və Eduard Şevardnadzenin dostluq münasibətləri də həlledici rol oynayırdı. Amma icraçı və təşkilatçı kimi Aslanovun əziyyəti də sonsuz idi. Və Aslan müəllim Ulu öndərin ona həvalə etdiyi bu hədsiz dərəcədə çətin və məsuliyyətli tapşırığın öhdəsindən layiqincə gəldi. Onun hörmət və etimadını qazana bildi. Göstərilən bu etimad sonrakı illərdə də özünü doğrultdu.  94-95-cı illərdə əvvəlcə Surət Hüseynov, daha sonrasa məlum OMON hadisələri zamanı bir çox icra başçıları qaçıb gizlənəndə, məhz Aslan Aslanov Heydər Əliyevə zəng edərək "cənab Prezident, son nəfəsimizədək sizinləyik" dedı, yerli camaat və hərbçiləri səfərbər edərək, qiyamın yatırılmasında mühüm rol oynadı. Heç kəsə sirr deyil ki, Aslan Aslanov Gəncə də daxil olmaqla Qərb regionunun, o cümlədən də Borçalı mahalının qeyri-rəsmi qubernatoru funksiyasını yerinə yetirirdi. Və bu masştabda olan ağır bir işin öhdəsindən də layiqincə gəlirdi.

***

O, Heydər Əliyevin ən çox güvənib, etibar etdiyi kadrlarından biri idi. Aslan Aslanovun ilbəil artan nüfuz və hörməti təbii ki, bir çoxlarını narahat etməyə bilməzdi. Ona görə də bu illər ərzində özünə dostlarla bərabər, kifayət qədər düşmən də qazanmışdı. Gözü götürməyəni, paxıllığını çəkənləri də öz yerində. Həyatına sui-qəsd də etmişdilər- Bakıdan qayıdarkən avtomobili avtomatdan atəşə tutulmuşdu. Maşın yoldan çıxmış, sürücü və özü ağır yaralanmışdı. Ona görə də hər fürsətdəcə düşmənləri imkanı əldən vermirdi: haqqında olmazın şayiələr yayır, içtimai rəydə mənfi obrazını yaratmağa çalışırdılar. 

*** 

Tale də ona qarşı amansız oldu: 17 yaşlı gənc oğlu 1-2 əxlaqsız, yaramaz tərəfindən qətlə yetirildi. (Onların hansı dərəcədə "çoxbilmiş" olamaları sonradan aydın oldu). Sonrasa ard-arda dünyasını dəyişən digər əziz və yaxınları... Bütün bunlarsa səhhətinə təsir edir, vaxtsız ölümü yaxınlaşdırırdı. Demirəm ki, şor-çörəklə yaşayırdı. Əsla. Amma nəinki paytaxtda, heç Şəmkirin özündə belə hansısa "obyektə" barmaq tuşlayayıb "bu Aslan Aslanovundur" deyildiyini indiyə qədər nə gördüm, nə də ki, eşitdim. 

***

Zaman və imkanlar baxımından götürsək Şəmkir və şəmkirlilər üçün ondan çox iş görən ikinci başçı olmayıb, amma bir daha təkrar edirəm, zaman və imkanlar amili nəzərə alınmaq şərtiylə. Məhz onun təşəbbüsü və təşkilatçılığıyla daxili imkanlar hesabına ölkənin ilk ən böyük stadionlarından biri inşa edilmişdi. Onun birbaşa himayəsi altında yaradılan “Şəmkir” futbol klubu 3 dəfə ölkə çempionu oldu. Çempionlar Liqasında təsnifat mərhələsini adlayan ilk Azərbaycan klubu olan "Şəmkir" Latviyanın ən titullu klubu olan “Skonto”nu Bakıda 4:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.
2005-ci ildə (Aslanov Şəmkirdən getdıkdən sonra) qayğı və dəqqətdən kənar qalan klub "maliyyə çatışmamazlığı" bəhanəsiylə fəaliyyətini dayandırdı. Ondan sonra gələnlər klubu da dağıtdı, onun tikdirdiyi stadionu da. 

***

Onun tək Şəmkir, o sıradan da Azərbaycan və azərbaycanlılar üçün elədikləri çoxdur, lap çox. Bu yazıda yalnız ötəri xatırladıqlarımı ərz elədim. Bir ictimai-siyasi xadim, ziyalı kimi Aslan Aslanov bu gün ən azından Şəmkirdə bir küçə və ya məktəbə adının verilib əbədiləşdirilməsini haqq edib. O bütün şəmkirlilərin və vətənsevər insanların qəlbində həmişə yaşayacaq və xatırlanacaq.

*** 

İndisə üzümü onun bütün dostlarına və düşmənlərinə tutub sual edirəm: amma vicdanınızı qabağınıza qoyub düzünü deyin - tək rəhbərlik etdiyi rayon deyil, ümumən dövlət və dövlətçiliyimiz üçün bu qədər xidmət göstərmiş ikinci bir icra başçısı (nazir, komitə sədri) tanıyırsızmı? 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağda ağır qəza - 3 nəfər ölüb 17 İyun 2019, 18:32 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi: Məzarım üstə gəlməni istəmirəm! 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada 7 nəfər güllələndi - 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30